AQTA: Bayram günlərində metil spirtindən heç bir zəhərlənmə hadisəsi qeydə alınmayıb
11 Yanvar 2024 17:16
Bayram günlərində bir sıra media orqanlarında guya saxta spirtli içkidən zəhərlənmə hallarının baş verməsi ilə bağlı rəsmi mənbədən dəqiqləşdirilməmiş məlumatlar, bəzi “ekspert”lərin şərhləri yayılıb.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən sözügedən məlumatlar əsasında müvafiq araşdırmalar aparılıb. Bununla əlaqədar bildirilir ki, mediada haqqında bəhs olunan hallar metil spirtindən baş verən zəhərlənmə deyil, spirtli içkinin yüksək miqdarda qəbulu zamanı bədəndə toksiki təzahürlərin üzə çıxması nəticəsində meydana gəlib. Bayram günlərində metil spirtindən heç bir zəhərlənmə hadisəsi qeydə alınmayıb və bununla bağlı Agentliyə hər hansı bir müraciət daxil olmayıb.
Əlavə olaraq qeyd edirik ki, ölkəyə idxal edilən, eyni zamanda daxili bazar üçün satışı nəzərdə tutulan spirtli içkilər Agentlik tərəfindən müvafiq laborator müayinələrə cəlb olunur, həmin məhsulların minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə analizləri aparılır.
Bundan başqa, AQTA tərəfindən aidiyyəti dövlət qurumları ilə birlikdə saxta spirtli içkilərin dövriyyəsinin qarşısının alınması istiqamətində daimi olaraq yoxlama-nəzarət tədbirləri həyata keçirilir və bu barədə ictimaiyyətə dövri olaraq məlumatlar təqdim olunur.
İstehlakçılarda qida məhsullarının minimum keyfiyyəti və təhlükəsizlik göstəriciləri ilə bağlı şübhələr yarandıqda, bu barədə konkret faktlarla Agentliyin “1003-Çağrı Mərkəzi”nə zəng vuraraq müraciət edə bilərlər.
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş