AQTA bitkiçilik məhsullarını idxal edən sahibkarlara müraciət edib
19 Avqust 2025 17:34
Aparılan nəzarət tədbirləri zamanı idxal olunan bitkiçilik məhsullarında, xüsusilə də əkin-səpin materiallarında və dekorativ bitkilərdə zərərli orqanizmlərin, o cümlədən karantin tətbiq edilən növlərin aşkarlanması hallarının artdığı müşahidə olunur.
Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, idxal edilən bitki və bitkiçilik məhsullarının, xüsusən də əkin-səpin materiallarının və dekorativ bitkilərin fitosanitar normalara tam uyğunluğunun təmin edilməsi və zərərli orqanizmlərdən azad olması vacibdir. Bunun üçün “Azərbaycan Respublikasına idxal olunan və ölkə ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallara dair fitosanitar norma və qaydalar”ın tələblərinə ciddi riayət edilməlidir. Belə ki, “Toxumçuluq haqqında” qanuna əsasən, ölkə ərazisində rayonlaşmış, sortluq, səpin keyfiyyətlərini təsdiq edən uyğunluq və fitosanitar sertifikatı olan bitki sortları toxumlarının dövriyyəsinə icazə verilir. Eyni zamanda, qablaşdırma və etiketlənmə tələblərinə cavab verməyən toxumların, həmçinin laborator müayinələrə cəlb edilməyən toxum və bitkiçilik məhsullarının ölkə ərazisində istifadəsi və dövriyyəsi qadağandır. Bitkiçilik məhsullarının idxalı yalnız zərərli orqanizmlərə qarşı mütəmadi olaraq kompleks fitosanitar tədbirlər aparılan istehsal sahələrindən və ya zərərli orqanizmdən azad zonalardan olmalıdır. Həmçinin toxumların əsas virus daşıyıcısı olduğunu nəzərə alaraq, onların əl yüklərində gətirilməməsi tələb və tövsiyə edilir.
Bildiririk ki, idxal zamanı uyğunsuzluq aşkarlanmış bitki və bitkiçilik məhsulları ilə bağlı Agentlik tərəfindən qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək, belə məhsulların ölkəyə buraxılmasına icazə verilməyəcək və ya sirayətlənmiş məhsul partiyası məhv ediləcək.
AQTA sahibkarları idxal zamanı daha məsuliyyətli davranmağa, fitosanitar təhlükəsizliyin təmin olunmasına, eləcə də milli və beynəlxalq qaydalara əməl etməyə çağırır.
Oxşar xəbərlər
Xankəndi və Xocalıda zərərvericilərə qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Xankəndi şəhərində, eləcə də Xocalı rayonunun Şuşakənd, Malıbəyli və Quşçular kəndlərində fitosanitar nəzarət və maarifləndirmə tədbirləri keçirilib. Tədbirlərin əsas məqsədi qəhvəyi mərmər bağacığı və Amerika ağ kəpənəyinin ölkə ərazisində yayılmasının qarşısının alınması, bu zərərvericilərin vaxtında aşkar edilməsi və sakinlərin bu sahədə məlumatlılıq səviyyəsinin artırılmasıdır. Yerli sakinlərə karantin tətbiq edilən zərərvericilərin bioloji xüsusiyyətləri, yayılma yolları, xarakterik əlamətləri, habelə kənd təsərrüfatı bitkilərinə və yaşıllıqlara vura biləcəyi zərərlər barədə ətraflı məlumat verilib. Zərərvericilərin yayılmasının qarşısını almaq üçün xüsusilə payız-qış mövsümündə həyata keçirilməsi tövsiyə olunan mexaniki və profilaktik mübarizə tədbirləri izah olunub. Tədbirlər çərçivəsində zərərvericilərin vaxtında müəyyən edilməsi, onların mümkün yayılma ocaqlarının aşkarlanması və müvafiq mübarizə tədbirlərinin görülməsinin əhəmiyyəti diqqətə çatdırılıb, sakinlərə maarifləndirici çap materialları paylanıb.
Amerika ağ kəpənəyi və Qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir
Amerika ağ kəpənəyi və Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericilərlə mübarizə məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən fitosanitar nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir. Zərərvericilərə qarşı bitki mühafizəsi tədbirləri çərçivəsində Şəki-Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Oğuz rayonunun Bucaq, Bayan, Qəbələ rayonunun isə Mirzəbəyli kəndlərində sakinlərlə maarifləndirici görüşlər keçirilib. Görüşlər zamanı zərərvericilərin bioloji xüsusiyyətləri, yayılma səbəbləri, bitkilərə vurduğu zərər, xüsusilə Amerika ağ kəpənəyinin tırtıl mərhələsində yaratdığı təhlükə və ona qarşı mübarizə tədbirləri barədə vətəndaşlara məlumat verilib. Eyni zamanda, zərərvericilərin vaxtında aşkarlanmasının və onların yayılmasının qarşısının alınması məqsədilə mütəmadi müşahidə və monitorinqlərin aparılmasının vacibliyi diqqətə çatdırılıb. Tədbirlər çərçivəsində kənd sakinlərinə zərərvericilərlə bağlı maarifləndirici bukletlər təqdim olunub, onların sualları cavablandırılıb və müvafiq fitosanitar tələblərə əməl olunması ilə bağlı tövsiyələr verilib.
Qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən fitosanitar nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir. Zərərvericiyə qarşı bitki mühafizəsi tədbirləri çərçivəsində Quba-Xaçmaz regional bölməsinin əməkdaşları tərəfindən Xaçmaz rayonunun Arzu kəndində kənd sakinləri ilə maarifləndirici görüşlər keçirilib. Görüşlər zamanı qəhvəyi mərmər bağacığının payız aylarında açıq sahələri tərk edərək qışlama məqsədilə evlərə, anbarlara və digər qapalı tikililərə toplanması barədə sakinlərə məlumat verilib. Eyni zamanda, zərərvericinin sayının azaldılmasında effektiv üsullardan biri olan mexaniki mübarizə tədbirləri və onların tətbiqi qaydaları izah edilib, kənd sakinlərinə qəhvəyi mərmər bağacığı haqqında məlumat kitabçaları paylanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş