Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli sentyabrın 10-u saat 14:30-da Agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 77) 100 32 56 nömrəsinə zəng vurmaqla, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla sentyabrın 8-i saat 18:00-dək qəbula yazıla bilərlər.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə İran İslam Respublikasının Kənd Təsərrüfatı-Cihad Nazirliyinin nümayəndələri arasında onlayn formatda görüş keçirilib. Görüş zamanı bitki və heyvan sağlamlığı, baytarlıq və fitosanitar nəzarətə aid olan məhsulların idxalı və ixracı ilə bağlı məsələlər müzakirə edilib. Həmçinin transsərhəd heyvan xəstəliklərinin qarşısının alınması və birgə mübarizə tədbirlərinin həyata keçirilməsi, qarşılıqlı ticarət və tranzit zamanı fitosanitar nəzarətin gücləndirilməsi, eləcə də bu sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi saxta spirtli içkilərin dövriyyəsinin qarşısının alınması istiqamətində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə birgə nəzarət tədbirlərini davam etdirir.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları Gəncə şəhəri, R.Qasımov küçəsi, ev 68 ünvanında yerləşən, fiziki şəxs Əliyev Elvin Elbrus oğluna məxsus alkoqolsuz içki (kvas) istehsalı müəssisəsində yoxlama keçirib.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki-Zaqatala regional bölməsi tərəfindən regionun inzibati ərazi vahidlərində karantin tətbiq olunan zərərverici – Amerika ağ kəpənəyinin yayılma arealının müəyyənləşdirilməsi və yayılmasının qarşısının alınması məqsədilə mütəmadi fitosanitar monitorinqlər həyata keçirilir.
Ölkə ərazisində Qəhvəyi mərmər bağacığının yayılmasının və təsərrüfat subyektlərinə vurduğu zərərin qarşısının alınması məqsədilə həyata keçirilən kompleks fitosanitar tədbirlər çərçivəsində Balakən rayonunda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, T.Əliyev küçəsi, ev 112 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Hüseynov Elxan Cəlal oğluna məxsus alkoqollu içkilərin satışı mağazasında plandankənar yoxlama keçirilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, ev 37 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qasımov Vilayət Əli oğluna məxsus “Proteinshop.az” idman qidaları satışı mağazasında plandankənar yoxlama keçirilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) nümayəndələri arasında peşə hazırlığı layihəsinin müzakirəsinə həsr olunmuş görüş keçirilib.
Qida allergiyası - immun sisteminin bəzi qidaların tərkibindəki zülallara qarşı həddindən artıq reaksiyası nəticəsində yaranan allergik vəziyyətdir. Qida allergiyası zamanı orqanizm müəyyən qida zülallarını təhlükə kimi qəbul edir və buna cavab olaraq allergik reaksiya inkişaf etdirir. Süd, yumurta, yerfındığı, qoz-fındıq, buğda, soya, balıq, dəniz məhsulları və küncüt allergik reaksiyalara daha çox səbəb olan qidalar sırasında yer alır.
Amerika ağ kəpənəyi respublika ərazisində məhdud dairədə yayılan, karantin tətbiq edilən zərərvericidir. Azərbaycanda Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz, Lənkəran-Astara və Şəki-Zaqatala iqtisadi rayonlarının bəzi ərazilərində rast gəlinir.
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin olunması heyvanın sağlamlığının və mənşəyinin nəzarətdə saxlanılmasından başlayır. Bu prosesdə heyvanların identifikasiyası və baytarlıq nəzarəti mühüm əhəmiyyət daşıyır.
Giriş