AQTA-da ictimai iaşə müəssisələrinin rəhbərləri ilə görüş keçirilib
18 Mart 2025 16:58
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) ictimai iaşə müəssisələrinin rəhbərləri ilə növbəti görüş olub.
Tədbir Agentlik tərəfindən ictimai iaşə müəssisələrində həyata keçirilən yoxlamalar və bu yoxlamalar zamanı aşkar edilən nöqsanları nəzərdən keçirmək, sahibkarları mövcud qanunvericilik tələbləri barədə bir daha məlumatlandırmaq, onlar tərəfindən göstərilən xidmətlərin qida sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun təşkilinə metodiki kömək göstərmək, həmçinin təkliflərini dinləmək və müvafiq işlərin həyata keçirilməsini təmin etmək məqsədilə keçirilib.
Görüşdə sahibkarlar “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununda, eləcə də qüvvədə olan digər qanunvericilik aktlarında iaşə müəssisələrinə dair tələblər barədə məlumatlandırılıb. Tədbir zamanı ictimai iaşə müəssisəsində sanitar-gigiyenik tələblər, sanitar-texniki normalar və işçi heyət üçün gigiyena qaydaları və s. bir daha müəssisə rəhbərlərinin diqqətinə çatdırılıb. Agentlik tərəfindən bu istiqamətdə fəaliyyət göstərən subyektlər üçün bütün lazımi metodiki dəstəyin göstərildiyi vurğulanıb.
Görüşün sonunda sahibkarların fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, aidiyyəti üzrə müvafiq göstərişlər verilib.
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş