AQTA-da Özbəkistanın kənd təsərrüfatı nazirinin müavini ilə görüş olub
11 İyun 2024 17:34
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Özbəkistan Respublikasının kənd təsərrüfatı nazirinin müavini Akmaljon Kasimovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
Görüş zamanı AQTA sədrinin müavini Balarəhim Quliyev ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə nümayəndə heyətini məlumatlandırıb.
Görüşdə daha sonra iki ölkənin müvafiq qurumları arasında əlaqələrin genişləndirilməsi, bitkiçilik məhsullarının fitosanitar nəzarəti sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Meyvə-tərəvəzin, o cümlədən meyvə-tərəvəzin emalı nəticəsində əldə edilən məhsulların ixrac coğrafiyasına dair fikir mübadiləsi aparılıb. Ölkəmizlə Özbəkistan arasında həyata keçirilmiş bitkiçilik məhsullarının idxal və ixracı ilə bağlı statistik göstəricilər nəzərdən keçirilib, gələcək əməkdaşlığa dair məsələlər müzakirə olunub.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.
Agentlikdə keçirilən görüşdən sonra Özbəkistan nümayəndə heyətinin üzvləri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olub. Xarici qonaqlar iş prinsipini öyrənmək məqsədilə İnstitutun laboratoriyalarına baxış keçiriblər. Səfər zamanı nümayəndə heyəti laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıblar.
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş