AQTA-da Türkiyənin toxumçuluq birliklərinin rəhbərləri ilə görüş keçirilib
16 May 2024 17:51
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Türkiyə Toxumçular Birliyinin İdarə Heyətinin sədri Hacı Ömer Güler və Toxum Yetişdiriciləri Alt Birliyinin İdarə Heyətinin sədri Miktat Olgunun başçılıq etdiyi nümayəndə heyətləri ilə görüş olub.
Görüş zamanı AQTA sədrinin müavini Əziz Şərifov ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə nümayəndə heyətlərini məlumatlandırıb.
Görüşdə daha sonra iki ölkənin müvafiq qurumları arasında əlaqələrin genişləndirilməsi, kənd təsərrüfatı və toxumçuluq sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. İdxal-ixrac prosesləri zamanı tənzimləmələrə dair fikir mübadiləsi aparılıb. Ölkəmizlə Türkiyə arasında həyata keçirilmiş toxum məhsullarının idxal və ixracı ilə bağlı statistik göstəricilər nəzərdən keçirilib, gələcək əməkdaşlığa dair məsələlər müzakirə olunub.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş