AQTA-da “Vahid Sağlamlıq” konsepsiyası üzrə İşçi Qrupun ilk iclası keçirilib
6 Sentyabr 2024 18:06
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) “Vahid Sağlamlıq” konsepsiyası üzrə İşçi Qrupun ilk iclası olub.
Tədbirdə AQTA-nın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Dövlət Su Ehtiyatları Agentliyinin, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, ADA Universitetinin, Azərbaycan Dövlət Aqrar Universitetinin, Azərbaycan Tibb Universitetinin, Zoologiya İnstitutunun, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının, Ümumdünya Səhiyyə Təşkilatının və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin nümayəndələri iştirak edib.
İclas BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilməsi nəzərdə tutulan dəyirmi masaya hazırlıq məqsədilə təşkil olunub. Tədbirdə bildirilib ki, “Dəyişən İqlimdə Vahid Sağlamlıq Yanaşması” mövzusunda keçiriləcək dəyirmi masanın yüksək səviyyədə həyata keçirilməsinin təmin olunması, eləcə də tədbir zamanı qəbul edilməsi məqsədilə Fəaliyyət Planının hazırlanması üçün müvafiq qurumların iştirakı ilə İşçi Qrup yaradılıb. Görüşün keçirilməsində əsas məqsəd insan, heyvan və bütövlükdə ekosistemin sağlamlığının qorunması istiqamətində baş verə biləcək epidemiya və ya pandemiyaların qarşısını almaq üçün beynəlxalq qabaqcıl təcrübənin tətbiq edilməsi ilə müvafiq qurumlararası əməkdaşlığı inkişaf etdirmək və Vahid Sağlamlığa dair Milli Fəaliyyət Planını hazırlamaq və bu təşəbbüsü beynəlxalq arenaya təqdim etməkdir.
İclasda İşçi Qrupun qarşısında duran prioritetlər və müvafiq qurumlar arasında birgə fəaliyyətin daha da genişləndirilməsi məsələləri müzakirə edilib, bu istiqamətdə mövcud olan beynəlxalq təcrübə nəzərdən keçirilib. Görüləcək işlərlə bağlı təkliflər irəli sürülüb.
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş