AQTA-da yumurta ixracatçıları ilə görüş keçirilib
1 Dekabr 2023 14:57
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) xarici ölkələrə yumurta ixrac edən sahibkarlarla görüş olub.
Görüşdə Agentlik sədrinin müavinləri Balarəhim Quliyev, Əziz Şərifov, Agentliyin şöbə müdirləri və sahibkarlar iştirak edib.
Müzakirə zamanı xarici ölkələrə yumurta ixracı sahəsindəki vəziyyət bir daha nəzərdən keçirilib. Həmçinin AQTA ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") arasında əldə edilən razılaşmaya uyğun olaraq, respublikamızdan bu ölkəyə yumurta ixracının təşkil edilməsi ilə əlaqədar məsələlər müzakirə olunub, bu istiqamətdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Sahibkarlar mövcud qanunvericilik və tələblər barədə məlumatlandırılıb. Eyni zamanda bu sahədə mövcud olan imkanlar və gələcək perspektivlər nəzərdən keçirilib. Görüşdə sahibkarların fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, aidiyyəti üzrə müvafiq göstərişlər verilib.
Qeyd edək ki, AQTA ilə "Rosselxoznadzor" arasında əldə edilmiş razılaşma Rusiya Federasiyasına yumurta məhsulu ixracı baxımından böyük iqtisadi imkanlar yaradacaq, təsərrüfatların genişlənməsinə və daha da inkişafına gətirib çıxaracaq.
Agentlik bundan sonra da Azərbaycan istehsalçılarının xarici ölkələrə çıxış imkanlarına dəstəyini əsirgəməyəcək və ixrac potensiallı yerli biznesin, sahibkarlığın inkişafı üçün səylərini davam etdirəcəkdir.
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş