Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Polşa Respublikasının Baş Baytarlıq Müfəttişliyinin nümayəndələri arasında heyvanların identifikasiyası və qeydiyyatı sistemlərinə dair onlayn görüş keçirilib.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Lənkəran rayonu, Sütəmurdov kəndində fəaliyyət göstərən, Hüseynov Rüfət Almas oğluna məxsus toyuq kəsimi müəssisəsində yoxlama keçirilib.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) “Qida mifləri” rubrikasının budəfəki buraxılışında limonlu suyun insan orqanizmində yağ yandırması və maddələr mübadiləsini sürətləndirməsi ilə bağlı mövcud fikirlərə aydınlıq gətirilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) antisanitar şəraitdə, küçə və yol kənarlarında, eləcə də kəsim üçün nəzərdə tutulmayan yerlərdə qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.
Qida zəncirində təhlükəsizliyin təmin olunması və əhalinin sağlamlığının qorunması üçün heyvan kəsimi mütləq baytarlıq nəzarəti altında aparılmalıdır. Kəsimə yalnız sağlamlığı əvvəlcədən təsdiq edilmiş heyvanlar cəlb oluna bilər.
Energetik içkilərin tərkibində kofein və digər stimullaşdırıcı maddələr olur. Energetik içkilərin həddindən artıq istehlakı: - ürək döyüntülərinin artmasına; - qan təzyiqinin yüksəlməsinə; - yuxusuzluğa; - narahatlıq və əsəbiliyə səbəb ola bilər. Yaşı 18 və yuxarı sağlam insanlar üçün gündəlik 400 mq-dan artıq kofein istehlakı tövsiyə edilmir. Bununla yanaşı, kofeinə fərdi həssaslıq, yaş, hamiləlik və insanın sağlamlıq vəziyyəti də nəzərə alınmalıdır. İstehlakçılara tövsiyə olunur:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il 23 iyun tarixli müvafiq Sərəncamına əsasən, qida təhlükəsizliyi sahəsində və dövlət qulluğunda səmərəli fəaliyyəti ilə əlaqədar “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşlarına mükafatları təqdim olunub.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli avqust ayının 14-də Kürdəmir rayonunda yerləşən “Azərsüd” MMC-nin fəaliyyəti ilə tanış olub. AQTA sədri müəssisədə südün qəbulu və emalı proseslərini izləyib, laboratoriyaya, həmçinin “Azərsüd” əmtəə nişanlı süd və kərə yağı istehsalı sahələrinə baxış keçirib. Müəssisə rəhbərliyi tərəfindən istehsal sahələrində həyata keçirilən işlər, istehsal proseslərinin təşkili, tətbiq olunan texnologiyalar və qida təhlükəsizliyi tələblərinin təmin olunması istiqamətində görülən tədbirlər barədə məlumat verilib.
Heyvan mənşəli qida məhsullarının təhlükəsizliyinin təmin edilməsi üçün heyvan kəsimi yalnız baytarlıq-sanitariya və qida təhlükəsizliyi tələblərinə cavab verən kəsim məntəqələrində həyata keçirilməlidir. Kəsim məntəqələrində istehsal prosesinin təhlükəsiz və gigiyenik şəkildə təşkili üçün “çirkli” və “təmiz” zonalar ayrılmalı, heyvanların kəsimdən əvvəl saxlanılması, kəsim, ətin emalı, qablaşdırılması və soyudulması üçün zəruri sahələrin olması vacibdir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən müxtəlif ölkələrdən idxal olunan bitki və palma yağlarının təhlükəsizlik göstəriciləri üzrə gücləndirilmiş nəzarət tədbirləri davam etdirilir. Nəzarət tədbirləri çərçivəsində bir sıra xarici ölkə istehsalçılarına məxsus bitki yağı məhsullarında uyğunsuzluqlar aşkar edilib. Laborator müayinələr nəticəsində təqdim olunan yağ nümunələrində insan sağlamlığı üçün təhlükə yarada bilən emal çirkləndiricisi– 3-MCPD (3-monoxlorpropan1,2-diol) aşkarlanıb.
Azərbaycan fındığının Çin Xalq Respublikasına (ÇXR) ixracının genişləndirilməsi istiqamətində növbəti mühüm nəticə əldə olunub. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə ÇXR-in Baş Gömrük Administrasiyası (GACC) arasında fındıq və badamın ixracına dair Protokol layihəsinin imzalanmasından sonra Çin tərəfinin müəyyən etdiyi tələblərin yerinə yetirilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilib.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli avqust ayının 13-də “ATS Food” MMC-nin “Bismak” əmtəə nişanlı istehsal xəttinin fəaliyyəti ilə tanış olub. Müəssisədə istehsal prosesinin müxtəlif mərhələləri, tətbiq olunan texnologiyalar, unlu qənnadı və digər qənnadı məmulatlarının emalı və qablaşdırılması proseslərini izləyib.
Giriş