Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Qida ilə təmasda olan plastik qabların istehsalında bəzi kimyəvi maddələrin istifadəsi qadağandır
Qida ilə təmasda olan plastik qabların istehsalında bəzi kimyəvi maddələrin istifadəsi qadağandır

2025-ci il avqustun 20-dən qüvvəyə minən “Qida məhsulları ilə təmasda olan material və məmulatlara dair sanitariya norma və qaydaları”na əsasən, istehsalçı və idxalçı müəssisələr qida ilə təmasda olan bütün material və məmulatların yeni təsdiq edilmiş sanitariya norma və qaydalarına tam uyğunluğunu təmin etməlidirlər. •    Plastik qablar, örtüklər və yapışqanlar hazırlanarkən bəzi zərərli kimyəvi maddələrin istifadəsi qadağandır, çünki onlar qidaya keçə və sağlamlığa mənfi təsir göstərə bilər. Digər bəzi reaktiv maddələr üçün isə müəyyən edilmiş maksimum hədlərə ciddi əməl edilməlidir. •    Pərakəndə satış zamanı bütün məlumatlar istehlakçılar üçün görünməlidir: məhsulun üzərində, qablaşdırmada, stikerdə və ya materialın yanında. •    Etiketlərdə məhsulun istifadəsi, təhlükəsiz istifadə təlimatları, istehsalçı və ya emal edən müəssisənin adı, ünvanı, əmtəə nişanı və aktiv komponentlərin adı və miqdarı göstərilməlidir. Plastik materiallar qida məhsullarının qablaşdırılması və saxlanmasında geniş tətbiq olunur. Lakin, bu materialların istehsalı və istifadəsi zamanı insan sağlamlığına potensial təhlükələr yarada biləcək kimyəvi maddələrin mövcudluğu nəzərə alınmalıdır.

Keytrinq fəaliyyəti göstərən müəssisələrdə sanitar-gigiyenik qaydalara ciddi əməl olunmalıdır
Keytrinq fəaliyyəti göstərən müəssisələrdə sanitar-gigiyenik qaydalara ciddi əməl olunmalıdır

Keytrinq fəaliyyəti göstərən müəssisələrdə qida məhsullarının hazırlanması və çatdırılması zamanı sanitar qaydalara ciddi şəkildə riayət edilməlidir. Belə ki, ilkin olaraq xammalın qəbulu üçün xüsusi sahə təşkil edilməlidir. Emal sahələri isə təyinatı üzrə ayrılmalıdır. Bu sahələrin ayrılmasında əsas məqsəd texnoloji ardıcıllığa riayət edilməsi, çarpaz çirklənmənin qarşısının alınması və temperatur rejiminə riayət edilməklə məhsulların hazırlanmasından ibarətdir.  Bu müəssisələrdə mühüm amillərdən biri də hazır qida məhsullarının qablaşdırılması prosesidir. Hazır qidaların qablaşdırması məhsulun çirklənməsinin qarşısını alacaq formada həyata keçirilməlidir. Əks təqdirdə qida məhsulunun çirklənmə mənbəyi olan qablaşdırma materialları ilə sirayətlənməsi nəticəsində məhsullarda fiziki, kimyəvi və mikrobioloji çirklənmə baş verir ki, bu da insan həyatı və sağlamlığı üçün risk yaradır.  Keytrinq xidməti zamanı qida blokunda isti yeməklər və soyuq qəlyanaltıların daşınması üçün temperaturu müəyyən müddət ərzində stabil saxlayan termobokslar təşkil edilməlidir.  Qida məhsullarının daşınması üçün istifadə olunan nəqliyyat vasitələri və konteynerlər sanitar gigiyenik cəhətdən təmiz və işlək vəziyyətdə saxlanmalı, kənar iylər olmamalı, qida məhsullarının çirklənmədən müdafiəsini təmin etməlidir. Termoboksların xüsusi ayrılmış yerlərdə xüsusi yuyucu və dezinfeksiyaedici maddələrlə yuyulub təmizlənməsi həyata keçirilməlidir.  Mövzu ilə bağlı hazırlanmış videonu linkdən izləyə bilərsiniz:

Onlayn Xidmət Sertifikatın yoxlanılması
Video
Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq üzrə iki Anlaşma Memorandumu imzalanıb

Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq üzrə iki Anlaşma Memorandumu imzalanıb