AQTA heyvan bazarlarında yenidənqurma işlərinə nəzarət məqsədilə monitorinqlər keçirir
4 Noyabr 2025 16:00
Məlum olduğu kimi, Qida Təhlükəsizliyi Agentliyinin ölkə ərazisində epizootoloji stabilliyin qorunmasına dair müvafiq qərarına əsasən, 2025-ci il 25 oktyabr tarixindən etibarən heyvan bazarlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Belə ki, ölkədə epizootoloji stabilliyin qorunması, baytarlıq nəzarətinin təmin edilməsi, bu sahədə fəaliyyətlərin tənzimlənməsi məqsədilə heyvan satışı bazarlarının sahibləri qarşısında bir sıra tələblər irəli sürülüb.
Agentliyin Kollegiyasının 2025-ci il 17 oktyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun olaraq, ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında monitorinqlər keçirilir. Monitorinqlər zamanı bazar sahiblərinə metodiki göstərişlər verilir.
Qeyd edək ki, monitorinqlər Şamaxı, Ağsu, Göyçay, Bərdə, Masallı, Kürdəmir və Mingəçevirdə yerləşən heyvan bazarlarında keçirilib. Nəzarət tədbirləri 6 noyabr tarixinədək davam etdiriləcək.
Oxşar xəbərlər
Kritik Nəzarət Nöqtəsi (CCP) nədir?
Qida təhlükəsizliyi sistemində Kritik Nəzarət Nöqtəsi (CCP) məhsulun təhlükəsizliyini təmin edən ən vacib mərhələlərdən biridir. CCP – qida istehsalı prosesində təhlükənin qarşısının alındığı, aradan qaldırıldığı və ya qəbul edilə bilən səviyyəyə endirildiyi kritik nəzarət nöqtəsidir. Təhlükənin effektiv idarə olunması Məhsulun təhlükəsizliyinin təmin edilməsi İstehlakçı sağlamlığının qorunması Bu mərhələdə düzgün nəzarət aparılmazsa, məhsul insan sağlamlığı üçün risk yarada bilər və sonradan bu riski aradan qaldırmaq çox çətin olar. HACCP sisteminin əsas məqsədi bütün prosesi deyil, məhz ən riskli və kritik nöqtələri nəzarətdə saxlamaqdır.
"Piano Hall" şadlıq evində nöqsanlar aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 5A ünvanında yerləşən, fiziki şəxs Aslanlı Raul Samir oğluna məxsus "Piano Hall" şadlıq evində yoxlama keçirib.
Qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonu, İsgəndərli kəndində fəaliyyət göstərən Zeynalov Şöhrət Ağakərim oğluna məxsus təndirxanada plandankənar yoxlama keçirib. Baxış zamanı qida obyektində normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Obyektdə mənşəyi məlum olmayan toyuq məhsulları aşkarlanıb, həmçinin sanitar-gigiyenik və sanitar-texniki nöqsanlar müəyyən edilib. Faktla bağlı qanunamüvafiq tədbirlər görülüb, obyektin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş