AQTA kərə və bitki yağları ilə bağlı ticarət obyektlərinin sahiblərinə və istehlakçılara müraciət edib
13 May 2024 16:13
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kərə və bitki yağlarının satışını həyata keçirən ticarət obyektlərinin sahiblərinə və istehlakçılara müraciət edib.
Agentlik bildirir ki, bir sıra ticarət obyektlərində kərə və bitki yağları eyni satış sahələrində (vitrin) yerləşdirilir. Bu isə istehlakçı hüquqlarının pozulması hallarına gətirib çıxarır. Ona görə də belə halların qarşısını almaq üçün market və digər ticarət obyektlərində kərə və bitki yağlarının satışı ayrı-ayrı sahələrdə təmin olunmalıdır. Həmçinin müvafiq vitrinlərin üzərində “Kərə yağları” və “Bitki yağları” yazılmış ayrı-ayrı lövhələr qoyulmalıdır.
Agentlik bəyan edir ki, digər qida məhsulları kimi, yağlarla bağlı da yoxlama və monitorinqlər davam etdirilir. Nəzarət tədbirləri zamanı yağ məhsullarına ümumi orqanoleptik baxış keçirilir və müayinə üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunur. Uyğunsuzluqlar aşkarlandıqda, qanunamüvafiq tədbirlər görülür. Bununla yanaşı, AQTA istehlakçıları yağ alarkən, etiket məlumatlarına diqqət yetirməyə çağırır. Eyni zamanda istehlakçılardan xahiş olunur ki, kərə yağı adı altında bitki yağlarının satışa çıxarılması və buna oxşar digər hallarla qarşılaşdıqda, Agentliyin “1003-Çağrı Mərkəzi”nə müraciət etsinlər.
Qeyd edək ki, kərə və bitki yağları tərkibinə görə fərqlənir. Kərə yağı qidalılıq dəyərinə görə yüksək keyfiyyətə malikdir və tərkibi əsasən süd yağından ibarətdir. Bitki yağlarının tərkibini isə əsasən günəbaxan, palma, raps və soya bitkilərinin yağları təşkil edir.
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş