AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
20 Fevral 2021 14:41
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 19 fevral 2021-ci il tarixində ölkə üzrə 443 ictimai iaşə obyektində 705 monitorinq keçirilib. Monitorinqlər zamanı 43 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən, fiziki şəxs Mustafayev Yalçın Mədəd oğluna məxsus "Xanlıq" kafe;
2. Bakı şəhəri, Məhsəti Gəncəvi küçəsində yerləşən, fiziki şəxs Mirzəyev Rəşad Asif oğluna məxsus “Xudafərin (My life)” mehmanxasının tərkibində fəaliyyət göstərən restoran;
3. Bakı şəhəri, M. Həsənov küçəsi 15 ünvanında yerləşən, fiziki şəxs Süleymanlı Sevinc Sabir qızına məxsus kafe;
4. Bakı şəhəri, Nobel prospekti 15 ünvanında yerləşən, fiziki şəxs Kiknadze Nana məxsus restoran;
5. Bakı şəhəri, Lökbatan ŞTQ, Sədərək TM, zona 3 yerləşən, fiziki şəxs İsrafilov Elmir Əkbər oğluna məxsus kafe;
6. Bakı şəhəri, Köhnə Suraxanı, Malik Mustafayev küçəsi 18 ünvanında yerləşən, fiziki şəxs Heydərov Vaqif Nəbi oğluna məxsus kafe;
7. Bakı şəhəri, M. Fətəliyev küçəsində yerləşən, fiziki şəxs Tarverdiyeva Adilə Müzəffər qızına məxsus çay evi;
8. Bakı şəhəri, Məhəmməd Hadi küçəsində yerləşən, fiziki şəxs Səfərova Məhbub Məmməd qızına məxsus pub;
9. Bakı şəhəri, 20 yanvar küçəsi 40 ünvanında yerləşən, fiziki şəxs Sadıxov Aydın Nəsib oğluna məxsus bar;
10. Bakı şəhəri, Xəqani küçəsi 20, ev 82 ünvanında yerləşən, fiziki şəxs Kərimov Nicat Məhəmməd oğluna məxsus restoran;
11. Bakı şəhəri, Neftçilər prospekti, Dənizkənarı Milli Parkda yerləşən, hüquqi şəxs “FBCO” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus restoran;
12. Bakı şəhəri, Xəqani küçəsi 18 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Faiq İsa oğluna məxsus restoran;
13. Bakı şəhəri, Mərdəkan şossesi; Əncirlik ünvanında yerləşən, fiziki şəxs Məmmədov Arif İbrahim oğluna məxsus “Dükkan” restoranı;
14. Bakı şəhəri, Maştağa-Buzovna yolunda yerləşən fiziki şəxs Yunusov Ağabey Ağasəf oğluna məxsus “Rahib” restoranı;
15. Bakı şəhəri, Neftçi Qurban Abbasov küçəsi, ev 3 ünvanında yerləşən, fiziki şəxs Feyzullayeva Roza Əli Ağa qızına məxsus “Grace Terrace” restoranı;
16. Bakı şəhəri, Atatürk prospekti 64/68 ünvanında yerləşən, fiziki şəxs Mirzəzadə Məsum Fikrət oğluna məxsus pub;
17. Bakı şəhəri, Atatürk 64 ünvanında yerləşən, fiziki şəxs Xəlilov Əsgər Vaqif oğluna məxsus restoran;
18. Bakı şəhəri, R. Rüstəmov 36 ünvanında yerləşən, fiziki şəxs Qurbanov Fərid Mehdi oğluna məxsus “Cəviz Tea & Lounge” çay evi;
19. Bakı şəhəri, Qaçaq Nəbi küçəsi, ev 10 ünvanında yerləşən, fiziki şəxs Sadıqova Bənövşə Rəşid qızına məxsus restoran;
20. Bakı şəhəri, M. Hadi küçəsi, ev 36 ünvanında yerləşən, fiziki şəxs Quliyeva Xəyalə Çinqizxan oğluna məxsus restoran;
21. Bakı şəhəri, C. Cabbarlı ev 44 ünvanında yerləşən, hüquqi şəxs "Groupone" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Groupone" restoranı;
22. Bakı şəhəri, Ə. Mikayıl 23 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Rahib Niyazi oğluna məxsus “Səhər Mehi” restoranı;
23. Bakı şəhəri, Əhməd Rəcəbli ev 292m ünvanında yerləşən, fiziki şəxs Hüseynov Orxan Elbrus oğluna məxsus restoran;
24. Bakı şəhəri, Əcəmi Naxçıvani ev 26 M1 ünvanında yerləşən, fiziki şəxs Qurbanov Alim Adil oğluna məxsus restoran;
25. Bakı şəhəri, S. Rüstəm ev 11 ünvanında yerləşən, hüquqi şəxs "ŞİRVAN-P" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus kafe;
26. Oğuz rayonu, Cavanşir küçəsində yerləşən, fiziki şəxs Abdurahmanov Ramin Xanlar oğluna məxsus kafe;
27. Oğuz rayonu, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Vahabov Vətən Bəhram oğluna məxsus kafe;
28. Hacıqabul rayonu, Pirsaat kəndində yerləşən, fiziki şəxs Cəfərov Nizami Mirzəxan oğluna məxsus kafe;
29. Hacıqabul rayonu, Navahı kəndində yerləşən, fiziki şəxs Cabbarov Ramiz Kərəm oğluna məxsus kafe;
30. Saatlı rayonu, Mustafabəyli kəndində yerləşən, fiziki şəxs Səmədov Xalid Samid oğluna məxsus kafe;
31. Neftçala rayonunda yerləşən, fiziki şəxs Abbasov Müslüm Hüseyn oğluna məxsus kafe;
32. Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən, fiziki şəxs Həsənov Elvin Vahid oğluna məxsus çay evi;
33. Göyçay rayonu, Xəlitli kəndində yerləşən, fiziki şəxs Xəlilov Rüstəm Səməndər oğluna məxsus kafe;
34. Göyçay rayonu, Xəlitli kəndində yerləşən, fiziki şəxs Səlimov Qəşəm Xalid oğluna məxsus restoran;
35. İsmayıllı rayonu, Cülyan kəndində yerləşən, fiziki şəxs Xəlilov Qismət Məhəmməd oğluna məxsus restoran;
36. Göygöl rayonu, Qırıqlı kəndində yerləşən, fiziki şəxs Quliyev Vidadi Həsən oğluna məxsus kafe;
37. Gəncə şəhəri, Nizami rayonunda yerləşən, fiziki şəxs Mehdiyev Elşən Qəzənfər oğluna məxsus çay evi;
38. Bərdə rayonu, Ü. Hacıbəyov küçəsində yerləşən, fiziki şəxs Novruzov Mehti Vahid oğluna məxsus çay evi;
39. Yevlax şəhəri, Kövər kəndində yerləşən, fiziki şəxs Həsənov Turqut Nizami oğluna məxsus kafe;
40. Yevlax şəhəri, Qoyunbinəsi kəndində yerləşən, fiziki şəxs İsmayılov Laçın İsa oğluna məxsus kafe;
41. Yevlax şəhəri, Yaldili kəndində yerləşən, fiziki şəxs Axundov Abdulla Elçin oğluna məxsus kafe;
42. Yevlax şəhəri, Nizami prospekti 31 ünvanında yerləşən, fiziki şəxs Əhmədov Ziya İldırım oğluna məxsus kafe;
43. Masallı rayonu, Binə Xocavar kəndində yerləşən, Bayramov Zöhrab Davud oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Süd məhsullarının emalı müəssisəsində istehlaka yararsız məhsullar aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi, ev 14 ünvanında yerləşən, fiziki şəxs Cümşüdova Aysel İntiqam qızına məxsus süd məhsullarının emalı müəssisəsində plandankənar yoxlama keçirib. İstehsal müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Məlum olub ki, müəssisə təsdiqdən keçmədən qanunsuz fəaliyyət göstərib. Həmçinin obyektdə sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, texnoloji ardıcıllıq prinsipinə və temperatur rejiminə əməl edilmədiyi aşkarlanıb. Yoxlama zamanı tərkibində qaymaq olmayan məhsulun etiketində “Qaymaqlı şor” yazıldığı, emalın Bakı şəhərində aparılmasına baxmayaraq, dovğa, şor və qatıq məhsullarının etiketlərində coğrafi adlardan istifadə olunaraq “İsmayıllı şoru”, “İsmayıllı dovğası” və “İvanovka qatığı” qeyd edildiyi və bununla da istehlakçıların aldadıldığı məlum olub. Habelə müxtəlif istehsalçılara məxsus əmtəə nişanlı etiketlər (Çinar, Cantəpə, Fermer.V.D İvanuşka, Fermer və Emay), kiflənmiş və istifadə müddəti bitmiş süd məhsulları aşkarlanıb. Faktla bağlı inzibati protokol tərtib edilib, süd məhsullarından laborator müayinələr üçün nümunələr götürülüb. İstehlaka yararsız məhsulların və qanunsuz etiketlərin məhv edilməsi barədə qərar qəbul olunub, nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti dayandırılıb.
Göbələkdən zəhərlənmənin baş verməməsi üçün nələrə diqqət yetirməliyik?
İnsanlar göbələklərdən qədim zamanlardan istifadə edirlər. Bu məhsul zülallar, aktiv fermentlər, bitki şəkərləri, A, B, C, D qrupu vitaminləri, həmçinin selen, kalium, dəmir və sink duzları ilə zəngindir. Diqqətlə seçilmiş göbələklərdən düzgün hazırlanmış yeməklər təhlükəsiz və ləzzətli olur. Müasir diyetoloqlar məhsulun faydalılığı ilə bağlı müxtəlif fikirlər bildirirlər. Göbələk bitkisi qiymətli zülalların, təbii duzların və fermentlərin mənbəyi olmaqla yanaşı, həm də həzmi çətin qidalar qrupuna aiddir. Uşaqlar və hamilə qadınlar tərəfindən istehlakı arzuolunmazdır. Göbələyin yığılmasına, saxlanmasına və emalına düzgün əməl olunmadıqda, insan həyatı üçün potensial təhlükə yaradır. Göbələyin tərkibində çoxlu toksinlər mövcuddur. Papaqlı göbələklərin tanınan 3000 çeşidi arasında yalnız 400 növü yeməlidir. Göbələk zəhərlənməsinə səbəb ola biləcək halların siyahısına aşağıdakılar daxildir: - tanış olmayan və şübhəli olan göbələklərin yığılması; - qurdlu və ya çürük, köhnə göbələklərin yığılması və istifadəsi; - aşağı keyfiyyətli qablaşdırmadan istifadə; - göbələk yığarkən şəxsi gigiyena qaydalarına əməl edilməməsi; - göbələkdən hazırlanmış qidanın saxlanılması zamanı temperatur rejiminə əməl olunmaması; - göbələklərin spirtli içkilərlə birlikdə istehlakı. Göbələkdən zəhərlənmə təhlükəsi məhsulu emal etməklə tamamilə aradan qaldırılmır. Konservləşdirilmiş göbələklər qapalı qabda uzun müddət saxlandıqda botulizmə səbəb ola bilər. Konservləşdirmə texnologiyasına riayət olunmalı və yeməyin hazırlandığı otağın gigiyenasına nəzarət edilməlidir. Kortəbii, bazarlarda və ya keyfiyyət sertifikatı olmayan hazır konservləşdirilmiş göbələk istehlak edilməməlidir. Göbələklərdən zəhərlənməyə ilk şübhə yarandığı halda, dərhal həkimə müraciət etmək lazımdır. Göbələk zəhərlənməsinin qarşısını almaq üçün göbələklərin tanınması, yığılması, daşınması, saxlanması və emalı texnologiyasına ciddi riayət etmək tövsiyə olunur.
Şabranda ət satışı məntəqəsində qida təhlükəsizliyi tələblərinin pozulduğu aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Şabran şəhəri, Mərkəzi Bazar ərazisində fəaliyyət göstərən, fiziki şəxs Mirzəyev Bəhmən Mirzəli oğluna məxsus ət satışı məntəqəsində plandankənar yoxlama keçirilib. Baxış zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub. Ət satışı məntəqəsinin qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi, sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl etmədiyi aşkarlanıb. Nöqsanlarla bağlı inzibati protokol tərtib edilib, satış məntəqəsində nöqsanlar aradan qaldırılanadək xidmətlərin göstərilməsi məhdudlaşdırılıb.
Giriş