AQTA mütəxəssisləri tərəfindən təsərrüfatlarda pomidor minalayıcı güvəsinə qarşı mübarizə tədbirlərinə dair metodiki vəsait hazırlanıb
31 Mart 2021 11:22
Ölkəmizdə bitki sağlamlığının təmin olunması və təsərrüfatlarda zərərvericilərlə effektiv mübarizənin təşkil olunması məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ardıcıl tədbirlər davam etdirilir.
Agentliyin mütəxəssisləri tərəfindən bu istiqamətdə növbəti tədbir olaraq bitkiçilik sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, həmçinin təsərrfüatlarda işləyən əməkdaşların maarifləndirilməsi üçün pomidor minalayıcı güvəsi (Tuta absoluta) ilə bağlı risk təhlili həyata keçirilib, zərəvericilərə qarşı yeni mübarizə metodlarının aşılanması məqsədilə metodiki vəsait hazırlanıb.
AQTA-nin Bitki sağlamlığı şöbəsi tərəfindən bu istiqamətdə risk təhlilləri aparılmış və tərdib olunan sənəddə pomidor minalayıcı güvəsinin fitosanitar risk səviyyəsi, karantin statusu, coğrafi yayılması, sahib bitkiləri, yayılma və daxiloma yolları, iqtisadi təsirləri və ona qarşı aparılan mübarizə tədbirləri öz əksini tapmışdır. Qeyd edək ki, pomidor minalayıcı güvəsinin fitosanitar riski istər daxili bazarda, istərsə də, ixrac üçün pomidorun və zərərvericinin digər qida bitkilərinin (badımcan, bibər və s.) istehlak əhəmiyyətli tərəvəz bitkiləri olması ilə əlaqələndirilmişdir.
Pomidor minalayıcı güvəsinin yayılmasının qarşısının alınması və yayılma mənbələrinin məhv edilməsinə dair hazırlanmış digər metodiki vəsit isə bu zərərverici üzərində müşahidləri və ona qarşı mübarizə tədbirlərinə dair ümumi tövsiyyələri, eləcə də zərərvericinin təcrid və ləğv edilməsi üzrə milli fitosanitar nəzarət sisteminin yaradılmasını əhatə edir. Qeyd edək ki, sənəd Bitki Mühafizəsi və Karantini üzrə Beynəlxalq Konvensiyasının 9 saylı (İSPM 9) standartına uyğun olaraq hazırlanmışdır.
Qeyd edək ki, elmi əsaslarla hazırlanmış və bitkiçilik sahəsində fəaliyyət göstərən sahibkarlara paylanılmış vəsaitdə zərərvericilərə qarşı müasir metodlarla ləğvetmə tədbirləri və zərərvericilərin digər ərazilərə yayılmasının qarşısınınn alınması ilə bağlı görüləcək zəruri tədbirlər öz əksini tapmışdır.
AQTA mütəxəssisləri tərəfindən hazırlanmış metodiki vəsaitləri aşağıdakı linkə daxil olub faylları yükləməklə əldə edə bilərsiniz.
- Pomidor minalayıcı güvəsinin (Tuta absoluta (Meyrick, 1917)) ekspres risk təhlili
Oxşar xəbərlər
Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən Ağdamın Şıxbabalı, Muğanlı, Xaçındərbətli, Qızılı Kəngərli, Xıdırlı, Şelli, Gülablı kəndlərində, Xocavəndin Tuğ qəsəbəsi və Şexer kəndində, Xocalının Əsgəran qəsəbəsində yerləşən nar və üzüm bağlarında monitorinqlər keçirilib. Karantin tətbiq edilən zərərli orqanizmlərin vaxtında aşkar olunması və yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən monitorinqlər zamanı fitosanitar müşahidələr aparılıb, sirayətlənmə əlamətləri olan bitkilərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Bununla yanaşı, sahibkarlar meyvə bağlarında rast gəlinən təhlükəli zərərvericilər və xəstəliklər barədə məlumatlandırılıb. İxrac potensialının artırılması üçün profilaktik fitosanitar tədbirlərin görülməsi, istehsal sahələrində bitki sağlamlığının izlənilməsinin təmin edilməsi, bitki mühafizə vasitələrinin tətbiqi zamanı qanunvericiliyin tələblərinə və təhlükəsizlik qaydalarına, aqrotexniki qaydalara riayət olunması barədə müvafiq tövsiyələr verilib və maarifləndirici söhbətlər aparılıb.
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş