AQTA-nı “ASAN xidmət” mərkəzlərində və “KOB” evlərində təmsil edən əməkdaşlara təlim keçirilib
1 Dekabr 2025 14:05
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin “ASAN xidmət” mərkəzlərində, habelə Kiçik və Orta Biznes evlərində (KOB evləri) vətəndaşlara xidmət göstərən əməkdaşları üçün “Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının praktiki tətbiqi məsələləri” mövzusunda onlayn təlim keçirilib.
Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan təlimdə korrupsiya anlayışı, dövlət qulluqçularının etik davranış qaydaları, etik davranışın əhəmiyyəti, həmçinin korrupsiya ilə mübarizə və etik davranış normalarının tətbiqi ilə bağlı əsas tələblər iştirakçılara izah edilib. Təlimin sonunda mövzu üzrə iştirakçıların sualları cavablandırılıb.
“ASAN xidmət” mərkəzlərində və “KOB” evlərində xidmət göstərən əməkdaşların nəzakətli, məsuliyyətli, peşəkar olmaları, ünsiyyət qurmaq və izah etmək bacarıqlarının artırılması istiqamətində bu kimi tədbirlərin keçirilməsi xüsusi diqqət mərkəzindədir.
Oxşar xəbərlər
“Alp Delux” şadlıq evində aparılan yoxlamanın görüntüləri təqdim edilib - Video
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bildirir ki, mediada “Alp Delux” şadlıq evində yoxlama aparılmaması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
AQTA Gəncə, Daşkəsən və Samux məktəblərində qida təhlükəsizliyi ilə bağlı maarifləndirici görüşlər keçirib
Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən Gəncə şəhəri və Daşkəsən, Samux rayonlarında yerləşən ümumtəhsil müəssisələrində qida təhlükəsizliyi və sağlam qidalanmanın təşkili mövzusunda maarifləndirici görüşlər keçirilib. Məqsəd məktəb bufetlərində sanitar-gigiyenik qaydalara əməl olunmasını təmin etmək və şagirdlər arasında sağlam qidalanma vərdişlərini təşviq etməkdir.
AQTA sədri “Dövlət-özəl tərəfdaşlığı çərçivəsində Aqronomların II Beynəlxalq Forumu”nda iştirak edib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “Caspian Agro 2026” sərgisi çərçivəsində keçirilən “Dövlət-özəl tərəfdaşlığı çərçivəsində Aqronomların II Beynəlxalq Forumu”nda iştirak edib. Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən forumda dövlət qurumlarının nümayəndələri, aqrar sektor üzrə ekspertlər, sahibkarlar və fermerlər iştirak ediblər.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş