AQTA nümayəndəsi EPPO-nun 75-ci Sessiyasında iştirak edib
29 Sentyabr 2025 17:29
Parisdə UNESCO-nun Baş Qərargahında Avropa və Aralıq dənizi Bitki Mühafizəsi Təşkilatı (EPPO) Şurasının 75-ci Sessiyası keçirilib. Tədbirdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı Vəfa Rüstəmova iştirak edib.
Sessiyada 2024-cü ilə dair illik fəaliyyət və maliyyə hesabatı təqdim edilib, cari ildə görülən işlər, o cümlədən layihələr nəzərdən keçirilib. Fitosanitar Qaydalar üzrə İşçi Qrupun hesabatı təqdim olunub, yeni standartların qəbulu müzakirə edilib. Sessiyada EPPO-nun 2026-2030-cu illəri əhatə edən Strategiyası qəbul edilib, növbəti illərə dair fəaliyyət proqramı və tədbirlər planı təsdiqlənib.
Sessiyanın nəticələri ölkəmizdə yeni beynəlxalq fitosanitar standartların tətbiqi və bu sahədə əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Oxşar xəbərlər
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər - VİDEO
Baytarlıq müayinəsindən keçməmiş, xəstə və ya xəstəlik şübhəsi olan heyvanların kəsilərək ətinin istehlaka təqdim edilməsi insan sağlamlığı üçün ciddi risklər yaradır. Belə heyvanlardan insanlara bruselyoz, qarayara, vərəm və digər zoonoz xəstəliklər keçə bilər.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş