AQTA qurbağa əti ilə bağlı səsləndirilən fikirlərə aydınlıq gətirib
26 May 2025 17:52
Qurbağa əti dünyanın müxtəlif ölkələrində istehlak olunan qida məhsullarından biridir. Fransa, Çin, Tailand, Vyetnam, Meksika kimi ölkələrdə qurbağa əti geniş istehlak olunur.
Hazırda ölkəmizdə istehsal olunan qurbağa ayaqları Avropa bazarına, xüsusilə İtaliya və Fransaya ixrac olunur. Bu məhsullar Avropa Birliyinin qida təhlükəsizliyi və gigiyena standartlarına cavab verdiyi üçün ixrac prosesi davamlı şəkildə həyata keçirilməkdədir. Həmin məhsullar isə Salyan rayonu, Şorsulu kəndində "AZARIFROG" MMC və Masallı rayonu, Qızılağac kəndində "Az Fish and Frog" MMC qurbağa emalı müəssisələrində yetişdirilir.
Son günlər media səhifələrində paytaxtın bəzi restoranlarında təklif edilən qurbağa məhsulları ilə bağlı "dırnaqarası ekspertlər" tərəfindən səsləndirilən əsassız iddialara gəldikdə isə bildirilir ki, istənilən qida məhsulunun saxlanma şəraitinə və emal qaydalarına əməl olunmadıqda tərkibində mikroorqanizmlər inkişaf edə bilər. Qeyd olunan prinsiplər yalnız qurbağa ətinə deyil, bütün qida məhsullarına aiddir.
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş