AQTA sədri Belarus Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
17 Mart 2025 16:23
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dmitriy Pineviç arasında görüş keçirilib.
Görüş zamanı Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə səfiri məlumatlandırıb.
Görüşdə iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin artırılması müzakirə olunub, idxal və ixrac üzrə statistik göstəricilər nəzərdən keçirilib. Daha sonra iki ölkə arasında qida təhlükəsizliyi, baytarlıq və fitosanitar, eləcə də heyvanların identifikasiyası sahəsində gələcəkdə həyata keçiriləcək tədbirlər müzakirə edilib. Eyni zamanda respublikamızda baytarlıq preparatlarının Belarusla birgə istehsalının təmin olunması ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.
Oxşar xəbərlər
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyinin təmin olunması, baytarlıq-sanitariya və sanitariya-gigiyena qaydalarına əməl olunmasına nəzarət məqsədilə respublika üzrə fəaliyyət göstərən kəsim məntəqələrində növbəti monitorinqlər həyata keçirilib.
Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Malayziya mənşəli bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb.
AQTA və Alman-Azərbaycan Xarici Ticarət Palatasının nümayəndələri arasında görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK) nümayəndələri arasında onlayn görüş keçirilib. Görüşdə qida təhlükəsizliyi, sahibkarların maarifləndirilməsi və beynəlxalq təcrübənin tətbiqi sahələrində birgə fəaliyyət imkanları barədə fikir mübadiləsi aparılıb. Prioritet istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş