AQTA sədri Hacıqabulda vətəndaşları qəbul edəcək
27 Avqust 2025 14:09
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli sentyabrın 19-u saat 10:00-da Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Şirvan şəhəri və Hacıqabul, Salyan, Neftçala rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.
Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq sentyabrın 18-dək qəbula yazıla bilərlər.
Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə yanaşı, AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşlar da müraciət edə bilərlər.
Oxşar xəbərlər
Qida təhlükəsizliyinin 7 qızıl qaydası: HACCP prinsipləri
Qida məhsullarının təhlükəsizliyi müəssisələr üçün həm sağlamlıq, həm də etibar məsələsidir. HACCP-in 7 qızıl prinsipi bunun təmin olunmasının ən etibarlı yoludur.
Azərbaycandan Bolqarıstan və digər Aİ ölkələrinə fındıq ixracı məsələləri müzakirə olunub
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Bolqarıstan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri arasında onlayn görüş keçirilib.
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər - VİDEO
Baytarlıq müayinəsindən keçməmiş, xəstə və ya xəstəlik şübhəsi olan heyvanların kəsilərək ətinin istehlaka təqdim edilməsi insan sağlamlığı üçün ciddi risklər yaradır. Belə heyvanlardan insanlara bruselyoz, qarayara, vərəm və digər zoonoz xəstəliklər keçə bilər.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş