AQTA sədri Qoşqar Təhməzli Peru Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri ilə görüşüb
17 Oktyabr 2018 00:00
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Peru Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri, xanım Mariya Milaqros Kastanyon Seoane ilə görüşüb. Görüşdə ölkələr arasındakı iqtisadi əlaqələr və son illər Azərbaycan və Peru arasında inkişaf edən idxal əməliyyatları barədə geniş fikir mübadiləsi aparılıb.
Q. Təhməzli Agentliyin fəaliyyət istiqamətləri, qarşıya qoyulan hədəflər haqqında xanım Seoaneyə məlumat verib və əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərlə bağlı qonağı məlumatlandırıb.
Ölkəmizə Perudan tunes balığı məhsulları, canlı bitkilər, tərəvəz və tərəvəz qarışıqları, meyvə və giləmeyvələr, kofe, müxtəlif toxumlar, paxlalılar, makaron məmulatları və digər qida məhsullarının idxal olunduğunu diqqətə çatdıran Agentlik sədri Azərbaycan və Peru arasındakı iqtisadi əlaqələrin inkişaf perspektivləri haqqında fikirlərini bölüşüb.
Peru Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri, xanım Mariya Milaqros Kastanyon Seoane səmimi qəbula görə təşəkkür edib, Azərbaycanda səfir kimi fəaliyyətindən məmnunluğunu ifadə edərək, ölkələrimiz arasında qida təhlükəsizliyi sahəsində əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb.
Oxşar xəbərlər
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər - VİDEO
Baytarlıq müayinəsindən keçməmiş, xəstə və ya xəstəlik şübhəsi olan heyvanların kəsilərək ətinin istehlaka təqdim edilməsi insan sağlamlığı üçün ciddi risklər yaradır. Belə heyvanlardan insanlara bruselyoz, qarayara, vərəm və digər zoonoz xəstəliklər keçə bilər.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş