AQTA sədri Qubada vətəndaşları qəbul edib
2 Oktyabr 2023 14:04








Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər.
Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli okyabrın 2-də Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan öncə Agentliyin sədri Qoşqar Təhməzli və Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
AQTA-nın məsul əməkdaşlarının iştirakı ilə keçirilmiş qəbula gələn vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Agentliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Qəbul zamanı qida sahəsində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşların müraciətlərinə də baxılıb.
Oxşar xəbərlər

AQTA əməkdaşı Cenevrədə beynəlxalq tədbirdə iştirak edib
İsveçrənin Cenevrə şəhərində “Davamlı üzvi çirkləndiricilər haqqında” Stokholm Konvensiyası (SC COP-12), “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” Bazel Konvensiyası (BC COP-17) və “Pestisidlər və təhlükəli kimyəvi maddələrin beynəlxalq ticarətinə dair” Rotterdam Konvensiyası (RC COP-12) üzrə Tərəflərin birgə Konfransları keçirilib. Kimyəvi maddələrin və tullantıların təhlükəsiz idarə olunması, insan sağlamlığının qorunması və ətraf mühitin mühafizəsi məqsədi ilə keçirilən beynəlxalq tədbirdə ölkəmizin nümayəndə heyətinin tərkibində Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı Cavidan Quliyev də olub. Konfrans çərçivəsində ətraf mühitin çirklənməsi, iqlim dəyişikliyi və bioloji müxtəliflik kimi qlobal çağırışlar müzakirə olunub, bir sıra mühüm qərarlar qəbul edilib.

İdxal olunan bəzi qida məhsullarında uyğunsuzluq aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində Rusiya və Gürcüstandan idxal olunan bəzi qida məhsullarında uyğunsuzluq aşkarlanıb. Bununla bağlı müvafiq ölkələrin aidiyyəti qurumlarına bildirişlər ünvanlanıb. Həminçinin faktla bağlı AQTA tərəfindən qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır:

İdxal olunan yem əlavəsi partiyasında uyğunsuzluq aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində "Provet Solutions" MMC-nin Türkiyədən idxal etdiyi 208 ədəd 1 litrlik, 14 ədəd 25 litrlik “Aven Elektro Plus” əmtəə nişanlı yem əlavəsi məhsul partiyasından Qida Təhlükəsizliyi Agentliyi tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində manqan (Mn), mis sulfatın (Cu) və sink sulfatın (Zn) göstəriciləri üzrə uyğunsuzluq aşkarlanıb. Faktla bağlı qəbul edilmiş qərar əsasında məhsul partiyası məhv edilib.
