AQTA "Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!" layihəsinə start verir
3 Aprel 2025 10:16
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sağlam qidalanmanın əhəmiyyətini daha geniş kütləyə çatdırmaq və əhalini bu sahədə maarifləndirmək məqsədilə yeni bir təşəbbüsə başlayır.
"Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!" adlı layihə çərçivəsində müxtəlif silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur. Layihə istehlakçılara sağlam qidalanma vərdişlərini aşılayacaq. Həmçinin bu təşəbbüsün ölkəmizdə sağlam həyat tərzinə töhfə verməsi hədəflənir.
Kampaniya AQTA, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Nutrisiologiya və Diyetologiya Assosiasiyası (NÜDİA) ilə birgə reallaşdırılacaq. Bu layihə çərçivəsində müxtəlif maarifləndirici tədbirlər təşkil ediləcək, ictimai yerlərdə təşviqat xarakterli kampaniyalar keçiriləcək. Həmçinin sosial mediada sağlam qidalanma ilə bağlı maraqlı informasiyalar yayımlanacaq, mütəxəssislərin iştirakı ilə diskussiyalar aparılacaq.
"Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!" layihəsi hər kəsi sağlam qidalanma haqqında düşünməyə və qida israfını azaltmaq üçün praktik addımlar atmağa çağırır. Layihədən yararlanan hər kəs bu hərəkatın fəal iştirakçısına çevrilə bilər.
"Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!" layihəsi çərçivəsində sağlam qidalanma sahəsində əhəmiyyətli irəlləyişə nail olmaq planlaşdırılır.
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş