
2023-cü il 6 dekabr tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Masallı rayonunda fəaliyyət göstərən 10 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.

AQTİ-nin mütəxəssisləri tərəfindən sahibkarlıq subyektlərinin əməkdaşları üçün növbəti təlim “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təşkil olunub.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Latviya Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Edqars Skuya ilə görüşüb.

1-5 dekabr tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 13 ticarət müəssisəsi və 14 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 21 müəssisədə nöqsanlar müəyyən olunub.

2023-cü il 5 dekabr tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Şəmkir rayonunda fəaliyyət göstərən 6 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, Amerika Birləşmiş Ştatlarının Ohayo, Merilend, Viskonsin və Corciya ştatlarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Nəzarət tədbirləri çərçivəsində Masallı rayonu, Köhnə Alvadı kəndində fəaliyyət göstərən “Tural” kafesində Agentlik əməkdaşları plandankənar yoxlama keçirib.

Bakı şəhəri Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində yerləşən “Nur” kafesində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları plandankənar yoxlama keçirib.

2023-cü il 2-4 dekabr tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Şəmkir, Tovuz rayonlarında fəaliyyət göstərən 8 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, Almaniya Federativ Respublikasının Brandenburq vilayətində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin Gəncə Regional Sınaq Laboratoriyası (GRSL) fəaliyyətə başlayıb. Gəncə şəhərində yerləşən GRSL bölgədə qida təhlükəsizliyi istiqamətində laboratoriyanın fəaliyyətinə zərurətin yaranması, müvafiq müayinələrin aparılmasına tələbatın olması, eləcə də bölgənin qida sənayesi, kənd təsərrüfatı və iqtisadi potensialı nəzərə alınaraq yaradılıb.