AQTA Tərtər, Bərdə və Ağdam rayonlarının ərazisində fitosanitar monitorinqlər aparıb
4 Noyabr 2023 12:44
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin mövcudluğunu müəyyən etmək, yayılmasının qarşısını almaq və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.
Tədbirlər çərçivəsində Agentliyin əməkdaşları tərəfindən ixrac potensiallı məhsullar olan xurma və nar bağlarında geniş miqyaslı monitorinqlər aparılıb.
Monitorinqlər zamanı Tərtər rayonunun Bəyimsarov, Düyərli, Qaraağacı, Ələsgərli kəndlərində 52 ha, Bərdə rayonunun Otuzikilər, Cəyirli, Hacallı, Qaradağlı, Qaradəmirçi, Kətəlparaq kəndlərində 34 ha, Ağdam rayonunun Xındırıstan, Əfətli, Qaradağlı kəndlərində 23 ha xurma və nar bağında sirayətlənmə əlamətləri olan meyvələrdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq sınaq laboratoriyasına təqdim edilib. Aparılan müayinələr nəticəsində hər hansı zərərli orqanizm aşkarlanmayıb.
Bununla yanaşı, Qarabağ regional bölməsinin ərazisində Qəhvəyi mərmər bağacığı ilə bağlı mütəmadi olaraq monitorinqlər aparılır, feromon tələlər asılır. Monitorinqlər zamanı zərərvericinin yayılmadığı müəyyən olunub.
Oxşar xəbərlər
Nar istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nar istehsalçıları və ixracatçıları ilə onlayn görüş keçirib. Görüşdə idxalçı ölkələrin fitosanitar və qida təhlükəsizliyi ilə bağlı tələbləri, eləcə də ixrac zamanı aşkarlanan uyğunsuzluqlar müzakirə olunub. Bildirilib ki, nar istehsalı zamanı pestisidlərdən düzgün və səmərəli istifadə, dövlət qeydiyyatına alınmış bitki mühafizə vasitələrinin tətbiqi, preparatların istifadə normalarına və məhsul yığımınadək gözləmə müddətlərinə riayət edilməsi vacibdir. Bu tələblərin gözlənilməsi məhsulun təhlükəsizliyinin təmin olunması və ixrac zamanı yarana biləcək problemlərin qarşısının alınması baxımından xüsusi əhəmiyyət daşıyır. Nar məhsulunun ixrac potensialının artırılması, xarici bazarlarda rəqabət qabiliyyətinin yüksəldilməsi və ixrac zamanı yarana biləcək uyğunsuzluqların qarşısının alınması istiqamətində istehsalçıların və ixracatçıların üzərinə düşən vəzifələr barədə məlumat verilib. Görüşdə fermerlərin və ixracatçıların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb və müvafiq tövsiyələr verilib.
AQTA əməkdaşları Çində beynəlxalq təlimdə iştirak ediblər
10–23 noyabr tarixlərində Çin hökuməti tərəfindən həyata keçirilən “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində inspeksiya və karantin standartları üzrə beynəlxalq təlim keçirilib. Pekin və Sian şəhərlərində baş tutan təlimdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları da iştirak ediblər. Təlimin əsas məqsədi inspeksiya və karantin sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, mütəxəssislərin peşəkar bilik və bacarıqlarının artırılması, eləcə də kənd təsərrüfatı məhsullarının beynəlxalq ticarətində fitosanitar təhlükəsizliyin gücləndirilməsi olub. Təlim çərçivəsində ÇXR-in bitki karantini sistemi, idxal-ixrac əməliyyatlarında fitosanitar nəzarət, zərərli orqanizmlərin aşkarlanması, laborator müayinə üsulları, fitosanitar risklərin qiymətləndirilməsi və müasir nəzarət mexanizmlərinin tətbiqi üzrə təqdimatlar dinlənilib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
“Demetria” MMC-yə məxsus istixana təsərrüfatında sağlamlaşdırma tədbirləri keçirilib
Karantin tətbiq edilən zərərli orqanizmlərin vaxtında aşkarlanması, yayılmasının qarşısının alınması və bitkiçilik məhsullarının fitosanitar təhlükəsizliyinin təmin edilməsi istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzarət tədbirlərini davam etdirir. Agentliyin Dağlıq Şirvan regional bölməsinin əməkdaşları “Demetria” MMC-yə məxsus istixana təsərrüfatına baxış keçiriblər. İxracı nəzərdə tutulan məhsullardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində qonur qırışıqlıq virusu aşkarlanıb. Virusun yayılmasının qarşısını almaq məqsədilə təsərrüfatda sağlamlaşdırma işləri aparılıb, müvafiq sanitariya və dezinfeksiya tədbirləri görülüb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş