AQTA “Vahid Sağlamlıq” konsepsiyası ilə bağlı zəruri tədbirləri davam etdirir
15 Fevral 2024 13:28
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Vahid Sağlamlıq” konsepsiyası ilə bağlı müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirir və bununla əlaqədar hazırlanan Tədbirlər Planı icra olunur.
“Vahid Sağlamlıq” insanlar, heyvanlar, bitkilər və onların ortaq ətraf mühiti arasında qarşılıqlı əlaqəni nəzərə alaraq optimal sağlamlıq nəticələrinə nail olmaq məqsədilə yerli, regional, milli və qlobal səviyyələrdə işləyən birgə və çoxsahəli yanaşmadır. Bu yanaşma insan sağlamlığı ilə ev və vəhşi heyvanların, bitkilərin və ətraf mühitin, o cümlədən ekosistemlərin sağlamlığı arasında sıx əlaqəni və qarşılıqlı asılılığı qəbul edir. Həmçinin birgə əməkdaşlığı təşviq edərək proqramların, siyasətlərin, qanunvericiliyin və tədqiqatların hazırlanması ilə həyata keçirilməsini hədəfləyir. Qida təhlükəsizliyi, yoluxucu və xroniki xəstəliklərə nəzarət, profilaktika və cavab tədbirləri, bitki, torpaq sağlamlığı və sair “Vahid Sağlamlıq” yanaşmasının xüsusilə aktual olduğu fəaliyyət istiqamətlərinə aid edilir.
“Vahid Sağlamlıq” konsepsiyasının tətbiqini zəruri edən bir sıra amillər var. Artan dünya əhalisini adekvat səhiyyə, qida və su ilə təmin etmək üçün müvafiq qurumlar birlikdə işləməlidir. Ətraf mühitin çirklənməsi və dəyişən iqlim şəraiti insanlarla heyvanların sağlamlığına təsir göstərir ki, bu da yeni yoluxucu xəstəliklərin yaranmasına səbəb ola bilər. Buna misal olaraq, heyvanlardan insanlara keçən zoonoz xəstəlikləri göstərmək mümkündür. Bundan başqa, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) antimikrob müqavimətini bəşəriyyətin üzləşdiyi 10 qlobal ictimai sağlamlıq təhlükəsindən biri elan edib. Hər il dünya miqyasında 700000 ölüm dərmana davamlı patogenlərin infeksiyaları ilə əlaqələndirilir.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının, ÜST-nin və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Vahid Sağlamlıq” yanaşması prioritetləri mövcuddur. Hesab edilir ki, bu yanaşma ilə qlobal sağlamlıq təhlükəsizliyini qorumaq, heyvanlarda və insanlarda zoonoz xəstəliklərin yayılmasının qarşısını almaq olar. Həmçinin “Vahid Sağlamlıq” yanaşması ilə qida təhlükəsizliyinin, eləcə də antibiotiklərə davamlı infeksiyaların azaldılmasının, insan və heyvan sağlamlığının təkmilləşdirilməsinə nail olmaq mümkündür.
Onu da bildirək ki, AQTA tərəfindən “Vahid Sağlamlıq” konsepsiyası ilə bağlı təbliğat-təşviqat işləri, o cümlədən qida subyektlərinin bu istiqamətdə məlumatlandırılması bundan sonra da davam etdiriləcək.
Oxşar xəbərlər
Heyvanların identifikasiyası niyə vacibdir? – Maarifləndirici çap məhsulları hazırlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) əhəmiyyəti ilə bağlı maarifləndirici çap məhsulları hazırlanıb. Materiallarda heyvanların fərdi identifikasiyasının baytarlıq tədbirlərinin daha dəqiq və effektiv həyata keçirilməsinə, xəstəliklərin vaxtında aşkarlanmasına və yayılmasının qarşısının alınmasına imkan verdiyi qeyd olunur. Həmçinin heyvanların identifikasiyasının Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə həyata keçirildiyi, fermer və sahibkarların bu məqsədlə AQTA-nın regional bölmələrinə və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna (AQTİ) müraciət edə biləcəyi barədə məlumat verilir. Çap məhsulları fermerlər və təsərrüfat sahibləri arasında paylanılacaq və onların maarifləndirilməsi məqsədilə istifadə olunacaq.
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş