AQTA və Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin mütəxəssislərindən ibarət nümayəndə heyəti bölgələrdə səfərdədir
13 Mart 2021 15:31
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndələri ilə birgə Bakı şəhəri və respublikamızın bölgələrində fəaliyyət göstərən heyvandarlıq müəssisələri, kəsim məntəqələri və Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda iş prosesi ilə yaxından tanış olub, mövcud vəziyyət mütəxəssislər tərəfindən yerində qiymətləndirilib.
Heyvandarlıq müəssisələrinin fəaliyyəti ilə tanışlıq prosesində heyvan sağlamlığı və yoluxucu heyvan xəstəlikləri ilə mübarizə çərçivəsində həyata keçirilən tədbirlər, təsərrüfatlarda baytarlıq nəzarətinin gücləndirilməsi. baytarlıq-sanitariya tələblərinin yerinə yetirilməsi, heyvanların qeydiyyat sisteminin qurulması ilə bağlı görüləcək işlər haqqında fikir mübadiləsi aparılıb.
Birgə səfər çərçivəsində 12-13 mart tarixlərində Bakı şəhərində "AzMeat Production”, “AzProtein Foods Group”, Hacıqabul rayonunda yerləşən “Anqus Heyvandarlıq Kompleksi”, Ağcabədi rayonunda fəaliyyət göstərən özəl qoyunçuluq təsərrüfatları və heyvan kəsimi məntəqələrinə baxış keçirilib. Eyni zamanda müvafiq qurumun nümayəndələri ilə birgə Göygöl rayonunda yerləşən Kənd Təsərrüfatı Nazirliyi Respublika Suni Mayalanma Mərkəzi, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda mütəxəssislərin iştirakı ilə görüşlər keçirilib.
Həyata keçirilən görüşlərdə heyvandarlıq məhsullarının qonşu ölkələrə, xüsusilə, Türkiyə Respublikasına ixrac imkanları, heyvan sağlamlığı və baytarlıq nəzarəti sahəsində işin daha səmərəli təşkili, həmçinin heyvanların qeydiyyat sisteminin qurulması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi müzakirə olunub. Hazırda mütəxəssislərdən ibarət nümayəndə heyətinin bölgələrdə səfəri davam edir.
Oxşar xəbərlər
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
Beyləqanda məktəblilərin zəhərlənməsi faktı AQTA-nın nəzarətindədir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.
AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb. Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş