AQTA yanında qida sektoru üzrə Məşvərət Şurasının ilk iclası keçirilib
12 İyun 2025 17:00
Dövlət-özəl sektor əməkdaşlığının möhkəmləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında qida sektoru üzrə Məşvərət Şurası yaradılıb. Şuranın təsis olunması ölkədə qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi, sahibkarlıq subyektlərinin mövcud qanunvericiliyin tələbləri barədə dolğun məlumatlandırılması və onların bu sahədə həyata keçirilən islahatlara daha fəal cəlb olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Məşvərət Şurasının ilk iclasında Şuranın qida təhlükəsizliyi sahəsində dövlət siyasətinin həyata keçirilməsi prosesində, bu sahədə qəbul edilən qərarların hazırlanması zamanı özəl sektor nümayəndələri ilə məsləhətləşmələrin aparılmasında, sahibkarların təklif və rəylərinin öyrənilməsində fəal iştirak edəcəyi vurğulanıb. Şura özəl sektor nümayəndələri, müvafiq dövlət qurumları, ictimai təşkilatlar və mütəxəssislər arasında platforma rolunu oynayaraq qarşılıqlı etimada əsaslanan əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcək.
İclas çərçivəsində AQTA tərəfindən həyata keçirilmiş islahatlar və əldə olunmuş nəticələrə dair təqdimat nümayiş etdirilib.
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş