AQTİ “1003-Çağrı Mərkəzi”nə işə qəbul elan edir
13 Sentyabr 2023 15:10

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) “1003-Çağrı Mərkəzi”nə işə qəbul elan edir.
İşə qəbul üçün ali təhsilli, Azərbaycan və rus dillərində səlis yazmaq və danışmaq, MC Office proqramlarında sərbəst işləmək, eləcə də dinləmək və tez öyrənmək bacarıqlarına malik olan intizamlı şəxslər müraciət edə bilərlər.
Namizədlər özləri barədə məlumatlara dair anket formasını (CV) mövzu yerinə "Çağrı Mərkəzi” yazaraq hr.aqti@afsa.gov.az elektron poçt ünvanına göndərməlidirlər.
İşə qəbul zamanı ən azı 1 il iş təcrübəsi olan şəxslərə üstünlük veriləcək.
Oxşar xəbərlər

Qurban bayramı ilə bağlı hazırlıq işləri davam edir
6-7 iyun tarixlərində qeyd olunacaq Qurban bayramı günlərində daha çox heyvanın kəsimi və satışının həyata keçirildiyini nəzərə alaraq, Qida Təhlükəsizliyi Agentliyi aidiyyəti dövlət orqanları ilə birgə əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi istiqamətində aparılan tədbirlərin miqyasını genişləndirib.

Biləsuvarda “Nur” şadlıq sarayında nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Biləsuvar rayonu, Xırmandalı kəndində fəaliyyət göstərən Muxtarzadə Səbuhi Əlirahim oğluna məxsus “Nur” şadlıq sarayında yoxlama keçirib.

AQTA ilə Səudiyyə Ərəbistanının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb
Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Azərbaycan Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnologiya, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlığa dair Müştərək Komissiyanın 8-ci iclası keçirilib.
