AQTİ ADAU-nun tələbə və məzunları üçün iş imkanları yaradan təlim-təcrübə kursuna start verir
29 Yanvar 2024 15:27
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) bazasında Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) baytarlıq və əczaçılıq ixtisasları üzrə sonuncu kursda təhsil alan tələbələr və həmin ixtisaslar üzrə təhsilini son 5 ildə başa vurmuş məzunlar üçün təlim-təcrübə kursu təşkil ediləcək.
Məqsəd müvafiq sahələr üzrə kadr potensialının artırılması, gənc, motivasiyalı və perspektivli baytarlarla əczaçıların işə qəbulu və kadr ehtiyaclarının ödənilməsidir.
AQTİ və ADAU arasında mövcud olan “Əməkdaşlığa dair Anlaşma Memorandumu”na uyğun olaraq keçiriləcək təlim-təcrübə kursunun cari ilin mart ayında başlanması və 3 ayadək davam etməsi nəzərdə tutulur. Kurs qeyd olunan sahələr üzrə yalnız nəzəri və praktiki deyil, həm də mövcud qanunvericiliklə bağlı məsələləri əhatə edəcək. İştirakçılar təlimlərlə yanaşı, İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında istehsalat təcrübəsi də keçəcəklər.
Təlim-təcrübə kursunun sonunda iştirakçıların qiymətləndirilməsi aparılacaq və müvəffəqiyyət qazananlara sertifikat veriləcək. Bundan əlavə, onlar müvafiq müsahibədən keçirilərək AQTİ-də ixtisaslarına uyğun işlə təmin olunacaqlar.
Maraqlananlar CV-lərini “AQTİ-Baytarlar üçün təlim” başlığı ilə info.qti@afsa.gov.az ünvanına göndərə bilərlər. Namizədlərlə əlaqə saxlanılacaq və ilkin müsahibə telefon vasitəsilə keçiriləcək. İlkin müsahibələr və CV-lərin təhlili nəticəsində seçilmiş şəxslər İnstituta canlı və ya onlayn müsahibəyə dəvət olunacaqlar. Yalnız bu müsahibədən keçənlər təlim-təcrübə kursunda iştirak edə biləcəklər. Namizədlərin ADAU-nun tələbəsi və ya məzunu olması ilə yanaşı, motivasiyalı olmaları, ingilis və ya rus dillərini bilmələri arzuediləndir.
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş