AQTİ-də özəl məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib
5 Dekabr 2024 10:41
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Bakı şəhərində fəaliyyət göstərən özəl məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüş olub.
Tədbir məktəbəqədər təhsil müəssisələrinin rəhbər şəxslərini qida təhlükəsizliyi ilə bağlı daha ətraflı məlumatlandırmaq, həmçinin həmin müəssisələrin qida bloklarına dair tələbləri və qida təhlükəsizliyinə dair standartları onların nəzərinə çatdırmaq məqsədilə təşkil edilib.
Görüşdə məktəbəqədər təhsil müəssisələrində qida təhlükəsizliyinin təmin olunmasının vacibliyi önə çəkilib. Belə müəssisələrin qida təhlükəsizliyi qeydiyyatının aparılmasının və həmin obyektlərdə gigiyenik qaydalara əməl edilməsinin zəruri olduğu vurğulanıb. Eyni zamanda müəssisələrin qida bloklarında çalışan işçi heyətinə dair tələblərin və gigiyenik şərtlərin yerinə yetirilməsinin vacibliyi qeyd edilib. Məktəbəqədər təhsil müəssisələrinin qida bolklarında işləyən şəxslər üçün gigiyenik qaydalarla bağlı təlimlərin keçirilməsinin zəruri olduğu bildirilib.
Tədbirdə iştirakçıların fikir və təklifləri dinlənilib, sualları cavablandırılıb.
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş