AQTİ-də sahibkarların qəbulu keçiriləcək - ELAN
30 İyun 2025 17:40

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə heyətinin sədri və onun müavinləri həftə içi hər gün İnstitutun inzibati binasında sahibkarları qəbul edəcəklər.
Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektləri onları maraqlandıran məsələlərlə bağlı qəbula yazıla bilərlər. Qeyd edək ki, qəbula öncədən yazılmaq mütləqdir.
Qəbulda iştirak etmək istəyən şəxslər ”1003 – Çağrı Mərkəzi”, həmçinin (012) 377-00-20 və ya (012) 565-12-72 (daxili 562) nömrələri ilə əlaqə saxlaya bilər.
Oxşar xəbərlər

Seroloji monitorinq keçiriləcək
Peyvənd olunduqdan sonra immun fonun təyin olunması və xüsusi təhlükəli xəstəliklərə görə epizootoloji şəraitin öyrənilməsi məqsədilə cari ilin 14-31 iyul tarixlərində iribuynuzlu və xırdabuynuzlu heyvanlar arasında seroloji monitorinq keçiriləcək. Monitorinq çərçivəsində xüsusi təhlükəli xəstəliklərə həssas heyvanlar arasında klinik müşahidələr aparılacaq və respublikanın (Naxçıvan Muxtar Respublikası daxil) 64 rayona (şəhərə) aid 483 yaşayış məntəqəsində fərdi və fermer təsərrüfatlarında saxlanılan iribuynuzlu və xırdabuynuzlu heyvanlardan diaqnostik nümunələr götürüləcək. Habelə təsərrüfatlara ümumi baxış keçirməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görüləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Tədbir müddətində epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar “Epicollect 5” proqramına daxil olunacaq. Monitorinqdə Qida Təhlükəsizliyi Agentliyinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rayon (şəhər) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Naxçıvan Muxtar Respublikasının aidiyyəti qurumlarının mütəxəssisləri iştirak edəcəklər. Müvafiq müayinələrin aparılması məqsədilə götürülmüş nümunələr Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasına və regional sınaq laboratoriyalarına təqdim olunacaqdır.

Ağsuda “Vəlxan” kafesində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağsu şəhəri, Bakı-Qazax şosesi 157-ci km ünvanında fəaliyyət göstərən, fiziki şəxs Rəsulov Vəlxan Burxan oğluna məxsus “Vəlxan” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb və rəhbəri barəsində inzibati tədbir görülüb.

Beynəlxalq tədbir zamanı qidalanmanın təşkilinə nəzarət məsələləri müzakirə edilib
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ölkəmizin ev sahibliyi edəcəyi III MDB oyunlarının keçirilməsi zamanı qidalanmanın təşkilinə nəzarət və tənzimləmə tədbirləri ilə əlaqədar ictimai iaşə sahəsində fəaliyyət göstərən qida obyektlərinin nümayəndələri ilə onlayn görüş keçirib. Görüşdə nəzarət tədbirləri zamanı ictimai iaşə müəssisələrində aşkarlanan əsas uyğunsuzluqlar və yaranma səbəbləri, həmçinin uyğunsuzluqların aradan qaldırılması istiqamətində görülməli işlər və mövcud tələblər barədə məlumat verilib. İştirakçılar Agentlik tərəfindən hazırlanmış “III MDB oyunları tədbiri zamanı ictimai iaşə obyektlərində sanitar-gigiyenik normalara dair təlimat” barədə məlumatlandırılıb. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
