AQTİ Gəncədə fəaliyyət göstərəcək laboratoriya üçün kimyaçı və mikrobioloq vəzifələri üzrə vakansiya elan edir
23 Sentyabr 2022 15:23
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) peşəkar kadrları Gəncə şəhərində fəaliyyət göstərəcək regional sınaq laboratoriyasında işə dəvət edir. Hazırda kimyaçı və mikrobioloq vəzifələri üzrə vakant yerlər mövcuddur.
Kimyaçı vəzifəsində çalışmaq istəyən namizədlər müvafiq ixtisas üzrə ali təhsilə malik olmalı, kimya sahəsində müasir laboratoriya metodlarını, laboratoriya avadanlıqları ilə işləməyi, onların kalibrasiyasını və minimum texniki qulluq tələblərini, kimyəvi preparatların saxlanılma və istifadə qaydalarını bilməlidirlər. Bu vəzifə üzrə bir illik iş təcrübəsi arzuolunandır.
Mikrobioloq vəzifəsini tutmaq istəyən namizədlər isə müvafiq ixtisas üzrə ali təhsilə malik olmalı, müasir laboratoriya metodlarını, laboratoriya avadanlıqları ilə işləməyi, onların kalibrasiyasını və minimum texniki qulluq tələblərini, kimyəvi preparatların saxlanılma və istifadə qaydalarını bilməlidirlər. Bu vəzifə üzrə bir illik iş təcrübəsi arzuolunandır.
Bundan başqa, hər iki vəzifəyə qəbul üçün müraciət edənlərdən dəqiqlik, diqqətlilik, planlama, məntiqi və analitik düşünmə qabiliyyəti, komanda ilə işləmə bacarığı və təşəbbüskarlıq tələb olunur.
Namizədlərdən CV-lərini mövzu yerinə müvafiq olaraq "Gəncə-kimyaçı" və ya "Gəncə-mikrobioloq" yazaraq hr.aqti@afsa.gov.az e-poçt ünvanına göndərmələri xahiş olunur. Tələblərə cavab verən namizədlərin CV-ləri təhlil edildikdən sonra müsahibəyə dəvət olunacaqlar.
Oxşar xəbərlər
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş