AQTİ ilə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi arasında təlim-təcrübə proqramına start verilib
22 May 2024 15:56
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) və Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi (KTMN) arasında təlim-təcrübə proqramının icrasına başlanıb. Əldə olunmuş razılığa əsasən, cari il ərzində İnstitutun Elmi Araşdırmalar Mərkəzi (EAM) ilə Analitik Ekspertiza Mərkəzinin (AEM) əməkdaşları üçün KTMN tərəfindən ödənişsiz təlimlər təşkil olunacaq. Təlimlərin bir hissəsinin Azərbaycanda, digər hissəsinin Türkiyədə keçirilməsi planlanlaşdırılıb.
Bu çərçivədə ilk təlimlər AQTİ-də “Pestisidlər və çirkləndiricilər üzrə risklərin qiymətləndirilməsi” mövzusunda təşkil olunub. KTMN-in mütəxəssisləri Zeyneb Esin Kaya və Serab Hancı tərəfindən keçirilən təlimlərdə EAM və AEM-in əməkdaşları iştirak edir. Təlimlər zamanı iştirakçılara pestisidlər ve çirkləndiricilər üzrə risklərin qiymətləndirilməsinin əsasları və qiymətləndirmənin aparılması üsulları, eləcə də müvafiq sahə ilə bağlı Türkiyə təcrübəsi barədə ətraflı məlumat verilir. Həmçinin mövzu ilə bağlı müzakirələr aparılır, iştirakçıların sualları cavablandırılır.
“Pestisidlər və çirkləndiricilər üzrə risklərin qiymətləndirilməsi” mövzusunda keçirilən təlimlər mayın 24-də başa çatacaq.
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş