AQTİ mütəxəssisləri xaricdə fəaliyyət göstərən qida obyektlərinin qiymətləndirilməsini davam etdirir
23 Fevral 2024 16:52
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) xarici ölkələrdə fəaliyyət göstərən və respublikamıza yüksək risk qrupuna aid heyvan mənşəli qida məhsulları idxal edən obyektlərin qiymətləndirilməsi və təsdiqi prosesini davam etdirir. Müəssisələrin qiymətləndirilməsi yerində qiymətləndirmə və ya vizualizasiya (videogörüntü) yolu ilə həyata keçirilir.
Bu çərçivədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən Türkiyə Respublikasının Qırxlareli vilayətinin Lüleburqaz şəhərində yerləşən “Danone Tıkveşli Gıda ve içecek San. Ve Tic. A.Ş.” və Çanaqqala vilayətindəki "Eceabat Süt Ürünleri Tar. San. Ve Tic. Ltd. Şti.” adlı süd məhsulları istehsalı müəssisələrində “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələbləri üzrə qiymətləndirmə həyata keçirilib. Qiymətləndirmə zamanı qeyd olunan müəssisələrin ixrac potensialı, gigiyenik vəziyyəti, qida təhlükəsizliyi üzrə tələblərin qarşılanma səviyyəsi, məhsulların izlənəbilmə sistemlərinin mövcudluğu və digər məqamlar nəzərdən keçirilib, təhlil aparılıb.
Qiymətləndirmənin nəticəsinə uyğun olaraq, sözügedən müəssisələr AQTA tərəfindən təsdiq edilib.
Qeyd edək ki, bu ilin ötən dövründə Agentlik tərəfindən ümumilikdə 33 xarici qida obyekti təsdiqlənib.
Onu da bildirək ki, qanunvericiliyə əsasən, xarici qida obyektləri təsdiq olunmadığı təqdirdə, bu cür müəssisələrdən ölkəmizə yüksək risk qrupuna aid heyvan mənşəli qida məhsulları idxal edilə bilməz.
Oxşar xəbərlər
“Alp Delux” şadlıq evində aparılan yoxlamanın görüntüləri təqdim edilib - Video
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bildirir ki, mediada “Alp Delux” şadlıq evində yoxlama aparılmaması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
AQTA Gəncə, Daşkəsən və Samux məktəblərində qida təhlükəsizliyi ilə bağlı maarifləndirici görüşlər keçirib
Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən Gəncə şəhəri və Daşkəsən, Samux rayonlarında yerləşən ümumtəhsil müəssisələrində qida təhlükəsizliyi və sağlam qidalanmanın təşkili mövzusunda maarifləndirici görüşlər keçirilib. Məqsəd məktəb bufetlərində sanitar-gigiyenik qaydalara əməl olunmasını təmin etmək və şagirdlər arasında sağlam qidalanma vərdişlərini təşviq etməkdir.
AQTA sədri “Dövlət-özəl tərəfdaşlığı çərçivəsində Aqronomların II Beynəlxalq Forumu”nda iştirak edib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “Caspian Agro 2026” sərgisi çərçivəsində keçirilən “Dövlət-özəl tərəfdaşlığı çərçivəsində Aqronomların II Beynəlxalq Forumu”nda iştirak edib. Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən forumda dövlət qurumlarının nümayəndələri, aqrar sektor üzrə ekspertlər, sahibkarlar və fermerlər iştirak ediblər.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş