
17-18 oktyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron, Şamaxı, Masallı, Qazax rayonlarında fəaliyyət göstərən 14 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.

17 oktyabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 7 ticarət müəssisəsi, o cümlədən 2 aptek və 11 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 14 müəssisədə nöqsanlar müəyyən olunub.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") nümayəndələri arasında növbəti onlayn görüş olub.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu və ADA Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) müvafiq qurumlarla birlikdə Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə kompleks tədbirləri davam etdirir.

Bu gün Bakıda Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Kommunikasiya üzrə Milli Əlaqələndiriciləri üçün Regional Seminarın işinə start verilib.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun təşəbbüsü ilə həyata keçirilən SOVQAT layihəsi çərçivəsində qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin əməkdaşları üçün “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təlim təşkil olunacaq.

5-16 oktyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 83 ticarət müəssisəsi, o cümlədən 2 aptek və 50 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 69 müəssisədə nöqsanlar müəyyən olunub.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") nümayəndələri arasında növbəti onlayn görüş keçirilib.

15-16 oktyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Tovuz, Qazax, Masallı, Qusar rayonlarında fəaliyyət göstərən 17 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.

Daxil olan vətəndaş müraciəti əsasında Ağstafa rayonu, Həsənsu kəndində yerləşən, fiziki şəxs İsmayılov Arzu Aydın oğluna məxsus alkoqolsuz içkilərin istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.