
Ağcabədi rayonunun N.Nərimanov küçəsində yerləşən, fiziki şəxs Alıyev Xəyyam Mirzəli oğluna məxsus “01” dönərxanasında və Xocavənd kəndində yerləşən, fiziki şəxs Hüseynov Elmir Əmirxan oğluna məxsus “Dostluq” dönərxanasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Baxış zamanı dönərxanalarda qida məhsulları üzrə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyən olunub. Belə ki, iaşə obyektlərində çarpaz çirklənmənin qarşısının alınması məqsədilə texnoloji prosesin ardıcıllığına əməl olunmadığı, qabaqcıl gigiyena təcrübəsinin, o cümlədən çirklənməyə qarşı müdafiə və zərərvericilərlə mübarizə üçün müvafiq şəraitin təmin edilmədiyi, döşəmə, divar səthlərinin təmirsiz olduğu və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materialla üzlənmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin görülmədiyi, tullantıların ağzı kip bağlanan və qoxu yaymayan qablara toplanmadığı, işçi heyətin gigiyenik təlimlərə cəlb edilmədiyi və digər nöqsanlar aşkarlanıb.

Daxil olan müraciət əsasında Göygöl rayonu, Quşqara kəndində yerləşən, “Demonn” MMC-yə məxsus alkoqollu içkilərin istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə mütəmadi olaraq təlimlər keçirir. AQTİ-nin Təlim Mərkəzi tərəfindən sahibkarlıq subyektlərinin əməkdaşları üçün növbəti təlim “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təşkil edilib. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilən təlim iştirakçılara müəssisələrin fəaliyyətinin qanunvericiliyin və sanitariya-gigiyena qaydalarının tələbləri çərçivəsində təşkil edilməsi üçün zəruri məlumatlar vermək məqsədilə keçirilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən vətəndaşların təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin olunması, istehlakçı hüquqlarının qorunması, kütləvi tədbirlər zamanı qida zəhərlənməsi hallarının qarşısının alınması və qidalanmanın təşkilinə nəzarət məqsədilə tədbirlər davam etdirilir. Tədbirlər çərçivəsində Agentlik yerli icra orqanları ilə birgə Bakı şəhəri də daxil olmaqla, ölkə ərazisində küçə və yol kənarlarında, əhalinin sıx gediş-gəlişinin təşkil edildiyi digər yerlərdə qida məhsullarının qanunsuz satışı hallarına qarşı nəzarət tədbirləri həyata keçirir. Görülən tədbirlərə baxmayaraq, hələ də qida məhsullarının müxtəlif yerlərdə, küçə və yol kənarlarında heç bir normativ tələblərə əməl etmədən antisanitar şəraitdə satışa təqdim olunması hallarına rast gəlinir. Bu istiqamətdə həyata keçirilən nəzarət tədbirləri çərçivəsində bu gün Abşeron rayonu ərazisində və Sumqayıt şəhərinin H.Əliyev prospektində yerləşən "Ordubad" market, Sülh küçəsində yerləşən "Əli-94" market, 20 Yanvar və N.Nərimanov küçələrinin kəsişməsində yerləşən "Karvan" ticarət mərkəzində, həmçinin qeyd olunan ərazilərin yol kənarı və səkilərində qanunsuz olaraq qida məhsullarının satışının qarşısının alınması üçün reydlər keçirilib. Baxış zamanı küçələrdə antisanitar vəziyyətdə, heç bir norma və tələblərə cavab verməyən şəkildə qida məhsullarının satışının həyata keçirildiyi müəyyən olunub. Qanunsuz olaraq qida məhsullarının satışını həyata keçirən şəxslərə Agentliyin Abşeron-Xızı regional bölməsinin əməkdaşları tərəfindən qanunun tələbləri bir daha izah olunub və qanunvericiliyə uyğun tədbirlər görülüb. Bu cür qanunsuz fəaliyyətlərin təkrarlanmaması üçün aidiyyəti icra orqanlarına müvafiq məlumatlar verilib. Bildirilir ki, sanitar-gigiyenik tələblərə cavab verməyən şəraitdə qida məhsullarının satışı insanların həyat və sağlamlığı üçün birbaşa təhlükə yaradır. Qida təhlükəsizliyi tələblərinə cavab verməyən yerlərdən qida məhsullarının alınaraq istehlak edilməsi isə tövsiyə olunmur. Qanunsuz olaraq qida məhsullarının açıq havada, antisanitar şəraitdə, heç bir mənşə sənədi və markalanması olmadan, saxlama şəraitinə riayət edilmədən satışa çıxarılması hallarına qarşı nəzarət tədbirləri Agentlik tərəfindən davam etdiriləcək və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara müraciət olunacaq. Vətəndaşlardan da bu kimi qarşılaşdıqları xoşagəlməz hallarla bağlı aidiyyəti qurumlara və AQTA-nın “1003 - Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş edilir.

Gəncə şəhəri, Azərbaycan əsgəri küçəsi 85 ünvanında fəaliyyət göstərən, Hakimi Bəxtiyar Mirzəağa oğluna məxsus limonad istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Baxış zamanı istehsalat müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, müəssisədə anbar sahəsinin təşkil edilmədiyi, şüşə butulkaların müşayiətedici sənədlərinin olmadığı, müəssisəyə geri qaytarılmış məhsullar üçün xüsusi sahənin ayrılmadığı, yuma sahəsinin təmirsiz olduğu, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, pozuntuların aradan qaldırılması və müəssisənin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunlaşdırılması barədə icrası məcburi göstərişlər verilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Fransa Respublikasının Oksitaniya regionunda və İngiltərənin Şimal-Şərqi İngiltərə regionunda blutanq, Albaniya Respublikasının Tirana vilayətində, Amerika Birləşmiş Ştatlarının Kaliforniya, Oreqon ştatlarında, Türkiyə Respublikasının Konya vilayətində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Oksitaniya regionunda və Şimal-Şərqi İngiltərə regionunda xəstəlik baş vermiş təsərrüfatdan 150 km radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların, Tirana vilayətində, Kaliforniya, Oreqon ştatlarında, Konya vilayətində isə xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən istehlak bazarına nəzarət məqsədilə Bakıda fəaliyyət göstərən ictimai iaşə obyektlərində aparılan monitorinq zamanı Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, ev 7 ünvanında yerləşən, fiziki şəxs Abbasova Əminə Oruc qızına məxsus “Can Ciyər” kafesində bir sıra nöqsanlar aşkarlanıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir. 2024-cü il 28 oktyabr - 1 noyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron, Masallı, Tərtər rayonlarında fəaliyyət göstərən 13 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb. Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən istehlak bazarına nəzarət məqsədilə ictimai iaşə obyektlərində mütəmadi olaraq monitorinqlər həyata keçirilir. Aparılan monitorinqlər zamanı Bakıda fəaliyyət göstərən bir sıra dönərxanalarda qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitariya-gigiyena norma və qaydalarına əməl olunmadığı aşkarlanıb, bəzilərinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Yoxlama zamanı nöqsanlar müəyyən olunmuş iaşə obyektləri aşağıdakılardır: Yasamal rayonu, H.Cavid prospekti və A.Sultanova küçəsinin kəsişməsində yerləşən "Kasap Dönər" MMC-yə məxsus “Kasap Dönər” dönərxanası; Nizami rayonu, “Xalqlar dostluğu” metro stansiyasının çıxışında yerləşən, fiziki şəxs Sadıqov Faiq Xudaverdi oğluna məxsus “Dadlı” dönərxanası; Nizami rayonu, Q.Qarayev prospekti 28 ünvanında yerləşən, fiziki şəxs Şəmiyev Taleh Mübariz oğluna məxsus “Pomidor” dönərxanası; Nizami rayonu, Q.Qarayev prospektində yerləşən, fiziki şəxs Əhmədov Elməddin Mütəllib oğluna məxsus “Halal Dönər” dönərxanası; Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 2 ünvanında yerləşən, fiziki şəxs Salmanov Tariyel Hafiz oğluna məxsus “Tatti” dönərxanası; Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 2 ünvanında yerləşən, fiziki şəxs Quliyev Mehdi Kərim oğluna məxsus dönərxana.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) hazırladığı və Agentliyin Kollegiyasının qərarı ilə təsdiq olunan “Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları”, “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları” və “Süd toplama məntəqələrinə dair baytarlıq-sanitariya norma və qaydaları” adlı texniki normativ hüquqi akt layihələri Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınaraq Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib. “Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları”nda dönərin hazırlanmasını həyata keçirən qida subyekt və obyektlərinə, eyni zamanda çiy dönərin emalına, dönərin təhlükəsizliyinə və minimum keyfiyyətinə, eləcə də termiki emalına və dövriyyəsinə dair tələblər əks olunub. Həmçinin Qaydalara 1 nömrəli əlavədə çiy dönərin fiziki-kimyəvi göstəriciləri qeyd edilib. Bu sənəd dönər emalı və dövriyyəsi zamanı təhlükəsizlik və minimum keyfiyyət tələblərini müəyyənləşdirir. Qaydalara görə, dönər emalına və dövriyyəsinə müvafiq tələblərə əməl olunduğu halda yol verilir.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə müvafiq tədbirlər həyata keçirir. Bu çərçivədə AQTİ-nin mütəxəssisləri tərəfindən Naftalan şəhərində yerləşən “Garabagh Resort & Spa” hotelində 4 gün ərzində HACCP (Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri) mövzusunda təlim, qiymətləndirmə və məsləhət xidmətləri həyata keçirilib. Hotelin əməkdaşlarına HACCP-nin ictimai iaşə müəssisələrində düzgün tətbiq edilməsinə, idarəolunmasına, bu sistemlə bağlı qanunvericiliyin tələblərinə və müvafiq sənədlərin hazırlanmasına dair təlimlər keçirilib. Həmçinin hotelin qida blokunun saxlama anbarlarının, mal qəbulu, mətbəx və emal sahələrinin HACCP prinsiplərinə uyğunluğu qiymətləndirilib, müvafiq məsləhətlər verilib. Xidmətlər zamanı mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli hər həftənin IV günü saat 16:00-dan 18:00-dək Agentliyin inzibati binasında vətəndaşları qəbul edir. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektləri, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı sahəsində çalışan şəxslər və vətəndaşlar onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Bu çərçivədə növbəti qəbul bu həftənin IV günü, noyabrın 7-də unlu qənnadı məmulatlarının istehsalı, ixracı və idxalı sahəsində fəaliyyət göstərən sahibkarlarla keçiriləcək. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərməklə info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.