
Qida Təhlükəsizliyi Agentliyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları ilə birgə Gəncə şəhəri, Ə.Nəcib küçəsində gizli fəaliyyət göstərən Zeynalov Vəlixan Azər oğluna məxsus sexdə reyd keçirib.

24 iyun 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli iyunun 24-ü Göyçay Rayon Heydər Əliyev Mərkəzində Mingəçevir, Yevlax şəhərləri və Göyçay, Ağdaş rayonlarından olan vətəndaşları qəbul edib.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, Amerika Birləşmiş Ştatlarının Ayova ştatında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin bir qrup əməkdaşı Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Şuşa şəhərinə və Laçın rayonuna səfər ediblər.

Nəzarət tədbirləri çərçivəsində İran İslam Respublikasında fəaliyyət göstərən Ariashimi müəssisəsindən fiziki şəxs Qənbərov Səfail Zəki oğlunun idxal etdiyi 6739 kq pestisid məhsulundan (Bordo aria 20% SC, funqisid) Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən götürülən nümunələrin müayinəsi nəticəsində məhsulun təsiredici maddəsinin normativ sənədin tələblərinə cavab vermədiyi müəyyən olunub.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli iyunun 24-ü saat 11:00-da Göyçay Rayon Heydər Əliyev Mərkəzində Mingəçevir, Yevlax şəhərləri və Göyçay, Ağdaş rayonlarından olan vətəndaşları qəbul edəcək.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, İsveç Krallığının Skane əyalətində Nyukasl, Avstraliya İttifaqının Viktoriya ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, Şotlandiyanın Cənubi Ayrşir inzibati ərazi vahidində süngərvari ensefalopatiya xəstəliyi qeydə alınıb.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Mingəçevir şəhəri, H.Əliyev prospekti, ev 61 ünvanında yerləşən “Yaşar firması” MMC-yə məxsus bazarın daxilində fəaliyyət göstərən çörək istehsalı müəssisəsində yoxlama həyata keçirilib.

2024-cü il 10-14 iyun tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı, Şirvan şəhərləri və Abşeron, Lənkəran, Masallı, Göyçay, Tərtər rayonlarında fəaliyyət göstərən 49 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.