
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Nümayəndələri Assambleyasının Paris şəhərində keçirilən 91-ci Ali Baş Sessiyasında ölkəmizin xırdabuynuzlu heyvanların taun xəstəliyindən azad olması statusunun rəsmiləşdirilməsi elan olunub.

Daxil olan məlumat əsasında Şəmkir rayonunda fəaliyyət göstərən, fiziki şəxs Hadıyev Anar Sadəddin oğluna məxsus ət satışı mağazasına Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən baxış zamanı satışa çıxarılan iribuynuzlu heyvan ətinin mənşəyi və keyfiyyəti ilə bağlı ciddi şübhələr yaranıb.

Nəzarət tədbirləri çərçivəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Lənkəran şəhəri, “Böyük bazar” ərazisində fəaliyyət göstərən fiziki şəxs Qurbanov Elnur Abidin oğluna məxsus “Bazardönər” və Hüseynov Bəhruz Baba oğluna məxsus ictimai iaşə müəssisələrində yoxlama keçirilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının ölkəmizdə keçirilməsi ilə əlaqədar “COP29 tədbiri zamanı ictimai iaşə obyektlərində sanitar-gigiyenik normalara dair” təlimat hazırlanıb.

Cari ilin 27 may tarixində 25 ticarət və 53 ictimai iaşə müəssisəsində monitorinq keçirilib. Monitorinqlər zamanı 25 ticarət və 53 ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin kollegiyası tərəfindən “Buğda ununa dair sanitariya norma və qaydaları” və “Çörək məhsullarına dair sanitariya norma və qaydaları”nın təsdiq edilməsi haqqında qərar qəbul edilib.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Şəki şəhəri, M.Hacıyev küçəsi, ev 9 ünvanında fəaliyyət göstərən şirniyyat sexində yoxlama keçirilib.

Cari ilin 24 may tarixində 18 ticarət və 59 ictimai iaşə müəssisəsində monitorinq keçirilib. Monitorinqlər zamanı 18 ticarət və 57 ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyəti Paris şəhərində keçirilən Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Nümayəndələri Assambleyasının 91-ci Ali Baş Sessiyasının açılış mərasimində iştirak edir.

Çiyələk əslində giləmeyvə deyil! Çünki çiyələkdə toxum yuvası yoxdur və toxumlar birbaşa şirəli lətin üzərində yerləşir. Çiyələk toxumu çöldə olan yeganə meyvədir.

2024-cü il 20-24 may tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron, Şamaxı, Lənkəran, Ağcabədi, Şəki rayonlarında fəaliyyət göstərən 21 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.