AQTİ müvafiq sahələr üzrə ali təhsilli mütəxəssisləri əməkdaşlığa dəvət edir
28 Sentyabr 2023 16:12

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında yaşayan, qida təhlükəsizliyi, baytarlıq, fitosanitar və digər müvafiq sahələrdə çalışmaq istəyən, baytarlıq, zootexniklik, əczaçılıq, biologiya, kimya, bitki mühafizəsi, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, aqronomluq, tibbi profilaktika, bitki mühafizəsi, genetik, biokimyaçı, aqrokimya, qidalanma gigiyenası üzrə mütəxəssis, molekulyar genetik, bioloq və hüquqşünas ixtisaslarına yiyələnmiş ali təhsilli mütəxəssisləri əməkdaşlığa dəvət edir. Namizədlərdən müvafiq sahəyə uyğun ali təhsil və ixtisası üzrə iş təcrübəsi tələb olunur.
Müvafiq ixtisasa sahib, karyera hədəfləri üçün iş imkanlarını dəyərləndirmək, yüksək əmək haqqı təkliflərindən yararlanmaq istəyən namizədlər işə qəbul üçün müraciət edə bilərlər.
Göstərilən tələblərə cavab verən şəxslər CV-lərini 02.10.2023-cü il tarixinədək mövzu yerinə "AQTİ – Quba" yazaraq, hr.aqti@afsa.gov.az e-poçt ünvanına göndərə bilərlər.
İşə qəbul müsahibə əsasında aparılacaq. Yalnız müvafiq tələblərə cavab verən namizədlərin CV-ləri təhlil ediləcək və onlar müsahibəyə dəvət olunacaqlar.
Oxşar xəbərlər

AQTA əməkdaşı Cenevrədə beynəlxalq tədbirdə iştirak edib
İsveçrənin Cenevrə şəhərində “Davamlı üzvi çirkləndiricilər haqqında” Stokholm Konvensiyası (SC COP-12), “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” Bazel Konvensiyası (BC COP-17) və “Pestisidlər və təhlükəli kimyəvi maddələrin beynəlxalq ticarətinə dair” Rotterdam Konvensiyası (RC COP-12) üzrə Tərəflərin birgə Konfransları keçirilib. Kimyəvi maddələrin və tullantıların təhlükəsiz idarə olunması, insan sağlamlığının qorunması və ətraf mühitin mühafizəsi məqsədi ilə keçirilən beynəlxalq tədbirdə ölkəmizin nümayəndə heyətinin tərkibində Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı Cavidan Quliyev də olub. Konfrans çərçivəsində ətraf mühitin çirklənməsi, iqlim dəyişikliyi və bioloji müxtəliflik kimi qlobal çağırışlar müzakirə olunub, bir sıra mühüm qərarlar qəbul edilib.

İdxal olunan bəzi qida məhsullarında uyğunsuzluq aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində Rusiya və Gürcüstandan idxal olunan bəzi qida məhsullarında uyğunsuzluq aşkarlanıb. Bununla bağlı müvafiq ölkələrin aidiyyəti qurumlarına bildirişlər ünvanlanıb. Həminçinin faktla bağlı AQTA tərəfindən qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır:

İdxal olunan yem əlavəsi partiyasında uyğunsuzluq aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində "Provet Solutions" MMC-nin Türkiyədən idxal etdiyi 208 ədəd 1 litrlik, 14 ədəd 25 litrlik “Aven Elektro Plus” əmtəə nişanlı yem əlavəsi məhsul partiyasından Qida Təhlükəsizliyi Agentliyi tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində manqan (Mn), mis sulfatın (Cu) və sink sulfatın (Zn) göstəriciləri üzrə uyğunsuzluq aşkarlanıb. Faktla bağlı qəbul edilmiş qərar əsasında məhsul partiyası məhv edilib.
