AQTİ-nin bitki sağlamlığı istiqamətində fəaliyyət göstərən laboratoriyaları növbəti səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib
24 Sentyabr 2024 09:54
Qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarının maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Həmçinin laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi, səriştəliliyin artırılması üçün kadrların təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir.
Həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin bitki sağlamlığı istiqamətində fəaliyyət göstərən Mərkəzi Fitosanitar Laboratoriyası (MFL), bu laboratoriyanın Meyvəli Karantin Ekspertiza Bölməsi (MKEB), həmçinin Tovuz Regional Sınaq Laboratoriyası (TRSL), Xaçmaz Regional Sınaq Laboratoriyası (XRSL) və Lənkəran Regional Sınaq Laboratoriyası (LRSL) Rusiya Federasiyasının "Ümum-Rusiya Bitki Karantini Mərkəzi" Federal Dövlət Büdcə Təşkilatının (ФГБУ "ВНИИКР") laboratoriyalararası qarşılaşdırma və səriştəlilik sınaqlarına qatılaraq uğurlu nəticələr əldə edib.
Qeyd edək ki, MFL-də karantin tətbiq olunan zərərli orqanizmlərin ((buğdanın cırtdan boyluluq sürməsi (Tilletia contraversa), sürünən kəkrə (Acroptilon repens), yovşanyarpaqlı ambroziya (Ambrosia artemisiifolia) və Kaliforniya qalxanlı yastıcası (Quadraspidiotus perniciosus) morfoloji üsulla diaqnostikası aparılıb. MKEM-də sürünən kəkrə morfoloji üsulla təyin edilib. TRSL-də kartofun qonur çürüməsi (Ralstonia solanacearum) və kartof yumrularında həlqəvi bakterial çürümə (Clavibacter michiganensis subsp. sepedonicus) molekulyar-bioloji üsulla (real vaxtda PZR) diaqnostika olunub, sürünən kəkrə isə morfoloji üsulla təyin edilib. XRSL-də sürünən kəkrə və Kaliforniya qalxanlı yastıcası morfoloji üsulla, LRSL-də isə pomidor lağımlayıcı güvəsi (Tuta absoluta) morfoloji, kartofun qonur çürüməsi və kartof yumrularında həlqəvi bakterial çürümə molekulyar-bioloji üsulla diaqnostika olunub. Bu sınaqlarda əldə edilən bütün nəticələr 100% dəqiqliklə həyata keçirilib. AQTİ-nin bitki və bitkiçilik məhsullarında karantin tətbiq olunan zərərli orqanizmlərin aşkarlanması və diaqnostikası üzrə regional laboratoriyalarının ФГБУ "ВНИИКР"-in təşkil etdiyi səriştəlilik sınaqlarında uğur qazanması bu laboratoriyaların səriştəlilik səviyyəsinin yüksək olduğunu göstərir.
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş