AQTİ-nin laboratoriyalarında xüsusi təhlükəli xəstəliklərin vaxtında və dəqiq laborator diaqnostikası həyata keçirilir
22 Oktyabr 2025 16:36
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) ölkənin biotəhlükəsizlik statusunun daimi nəzarətdə saxlanması məqsədilə xüsusi təhlükəli xəstəliklərin vaxtında və dəqiq laborator diaqnostikası həyata keçirilir.
İnstitutun tabeliyində heyvan sağlamlığı istiqamətində müayinələrin aparılması üçün 8 stasionar, 3 çadır və 1 maşın tipli, 2+ biotəhlükəsizlik səviyyəsinə malik səyyar laboratoriyalar fəaliyyət göstərir. Bu laboratoriyalar xüsusi təhlükəli heyvan xəstəliklərinin diaqnostikası üçün zəruri olan müasir maddi-texniki baza ilə təchiz edilib.
Müayinələr Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) təlimatlarına uyğun olaraq, peşəkar kadrlar tərəfindən beynəlxalq tələblərə cavab verən etibarlı və yüksək dəqiqlikli diaqnostik dəstlərdən istifadə edilməklə aparılır. Həmçinin, laboratoriyalar heyvan xəstəlikləri üzrə beynəlxalq təşkilatlar tərəfindən təşkil edilən səriştəlilik sınaqlarında uğurla iştirak edir və yüksək nəticələr göstərir.
Bu istiqamətdə fəaliyyət göstərən laboratoriyalar Azərbaycan Akkreditasiya Mərkəzi (AZAK) və Mərkəzi Baytarlıq Laboratoriyası həmçinin Türkiyə Akkreditasiya Qurumu (TÜRKAK) tərəfindən ISO/IEC 17025:2017 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartının tələblərinə uyğun olaraq beynəlxalq akkreditasiyadan keçirilib.
Stasionar laboratoriyalarla yanaşı, 2+ biotəhlükəsizlik səviyyəsinə malik səyyar laboratoriyaların imkanlarından da epizootoloji monitorinqlər zamanı geniş istifadə olunur. Bu, xüsusi təhlükəli xəstəliklərin baş verdiyi hallarda hadisə yerində müayinələrin operativ aparılmasına, eləcə də qabaqlayıcı və nəzarət tədbirlərinin səmərəli həyata keçirilməsinə şərait yaradır.
Oxşar xəbərlər
Ağsu və Qobustan rayonlarında nar istehsalçıları ilə görüşlər keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Dağlıq Şirvan regional bölməsi Ağsu rayonunun Cəlayir, Kəndoba, Hacıuşağı, eləcə də Qobustan rayonunun Poladlı, Təsi və Yekəxana kəndlərində nar istehsalçıları ilə görüşlər keçirib. Tədbirlərdə nar bağlarında bitki sağlamlığının qorunması məsələləri müzakirə olunub, zərərverici və xəstəliklərə qarşı effektiv mübarizə üsulları, aqrotexniki qulluq qaydaları və fitosanitar tələblər barədə ətraflı məlumat verilib. Narın həm yerli, həm də xarici bazarlara çıxışı zamanı karantin tələblərinə əməl edilməsinin vacibliyi vurğulanıb. İstehsalçılara daxili karantin sertifikatının əhəmiyyəti, ixrac olunan məhsullarda pestisid qalıqlarının icazə verilən norması izah edilib, ixrac prosesində məhsullardan götürülən nümunələrin laborator müayinələrə cəlb edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, zərərvericilərin erkən aşkarlanması üçün mütəmadi fitosanitar müşahidələr aparılmalı, təsərrüfatlarda bitki mühafizə vasitələrindən istifadə edərkən tətbiq reqlamentinə və təhlükəsizlik qaydalarına ciddi riayət olunmalıdır. Daha sonra təsərrüfat sahiblərinin sualları cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb. Nar istehsalçılarının maarifləndirilməsi məqsədilə təşkil olunan görüşlər regionun digər rayonlarında da davam etdiriləcək.
Soyuq aylarda immunitetimizi necə qoruyaq? - Video
Havaların soyuması ilə infeksiyalara yoluxma riski arta bilər. Bu dövrdə immun sistemini “möcüzəvi” vasitələrlə gücləndirməkdənsə, onun normal fəaliyyətini sağlam həyat tərzi ilə dəstəkləmək daha doğrudur. - Düzgün və balanslı qidalanmaya diqqət etmək vacibdir. Mövsümi meyvə-tərəvəz, zülal mənbələri və fermentləşdirilmiş qidalar gündəlik rasionda yer almalıdır. - Kifayət qədər maye qəbulu, keyfiyyətli yuxu və müntəzəm fiziki aktivlik immun sisteminin normal fəaliyyətini dəstəkləyir. - Soyuq aylarda Vitamin D səviyyəsinə də diqqət etmək lazımdır. Lakin vitamin və əlavələri, xüsusilə yüksək dozaları həkim məsləhəti olmadan qəbul etmək düzgün deyil. - Stressin idarə olunması da sağlamlığın vacib hissəsidir. Unutmayaq ki, antibiotik və immun sisteminə təsir edən preparatlar həkim məsləhəti olmadan qəbul edilməməlidir. Antibiotiklər viruslara qarşı təsir göstərmir. Əsas məqsəd immuniteti süni şəkildə “gücləndirmək” deyil, onun normal fəaliyyətini sağlam həyat tərzi ilə dəstəkləməkdir.
“Kadrların seçilməsi” mövzusunda təlim keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarına Dövlət İmtahan Mərkəzi tərəfindən “Kadrların seçilməsi” mövzusunda təlim keçirilib. Təlimdə iştirakçılara müasir insan resurslarının idarə olunması standartları, vakansiyalara uyğun namizədlərin düzgün qiymətləndirilməsi, kadr seçimi ilə işə qəbul (cəlbetmə) arasındakı fərqlər barədə geniş məlumat verilib. İnteraktiv formatda keçən təlimdə, müasir insan resurslarının idarə olunması standartları, vakansiyalara uyğun namizədlərin düzgün qiymətləndirilməsi, kadr seçimi ilə işə qəbul (cəlbetmə) arasındakı fərqlər, seçim prosesinin 12 mərhələsi və hər mərhələdəki risklər, vəzifə təhlilində düzgün meyar müəyyənləşdirməyin əhəmiyyəti, müsahibə zamanı STAR və probing metodlarının tətbiqi, AI-nin kadr seçimində imkan və riskləri və obyektiv seçim kriteriyalarının tətbiqi barədə ətraflı məlumat verilib. Sonda təlim iştirakçılarının sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş