AQTİ-nin mütəxəssisləri Şabran rayonunda təlim, məsləhət və qiymətləndirmə xidmətləri həyata keçirib
3 May 2024 15:52
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə müvafiq tədbirlər həyata keçirir.
Bu çərçivədə AQTİ-nin mütəxəssisləri tərəfindən Şabran rayonunda “Yeni Qalaltı Hotel Company” MMC-yə məxsus qida blokunda HACCP (Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri) mövzusunda təlim, məsləhət və qiymətləndirmə xidmətləri həyata keçirilib. Xidmət zamanı MMC-nin qida blokunun saxlama anbarlarının, mal qəbulu, mətbəx və emal sahələrinin HACCP prinsiplərinə uyğunluğu qiymətləndirilib, müvafiq məsləhətlər verilib. Həmçinin MMC-nin əməkdaşlarına HACCP-nin ictimai iaşə müəssisələrinində düzgün tətbiq edilməsinə, idarəolunmasına, bu sistemlə bağlı qanunvericiliyin tələblərinə və müvafiq sənədlərin hazırlanmasına dair təlimlər keçirilib.
Xidmət zamanı mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Oxşar xəbərlər
Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Cənubi Afrika Respublikasının Şərqi Keyp əyalətində dabaq, Almaniya Federativ Respublikasının Reynland-Pfalts vilayətində isə blutanq xəstəliyi qeydə alınıb.
AQTİ işə qəbul elan edir
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu keyfiyyətə nəzarət üzrə mütəxəssis və böyük mütəxəssis vəzifələrinə peşəkar kadrları işə dəvət edir.
AQTA-da Türkiyənin toxumçuluq birliklərinin rəhbərləri ilə görüş keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində Türkiyə Toxumçular Birliyinin İdarə Heyətinin sədri Hacı Ömer Güler və Toxum Yetişdiriciləri Alt Birliyinin İdarə Heyətinin sədri Miktat Olgunun başçılıq etdiyi nümayəndə heyətləri ilə görüş olub.