AQTİ-nin Şamaxı Regional Sınaq Laboratoriyasında müayinələr üçün torpaq və suvarma suyu nümunələri qəbul olunur
15 Fevral 2024 10:14
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun “Analitik Ekspertiza Mərkəzi”nin Şamaxı Regional Sınaq Laboratoriyasında torpaqda pestisid qalıqlarının, ağır metalların, mikro və makroelementlərin təyini, suvarma suyu və aqrokimyəvi maddələrdə kimyəvi-toksikoloji müayinələrin həyata keçirilməsi üçün nümunələr qəbul edilir. Laboratoriyada qeyd olunan müayinələr qida təhlükəsizliyinin, heyvan və bitki sağlamlığının təmin edilməsində “tarladan süfrəyə” prinsipinə əsaslanaraq torpaq və sudan qida məhsullarına keçə biləcək zərərli maddələrin araşdırılması məqsədilə aparılır.
Torpaqda və suvarma suyunda pestisid qalığı, ağır metallar kimi toksikoloji, eləcə də keyfiyyət göstəricilərinin təyini aqrokimyəvi maddələrdən düzgün istifadənin tənzimlənməsi, həmçinin norma və standartlara cavab verən məhsulun yetişdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu, regionda, eləcə də ətraf ərazilərdə kənd təsərrüfatı təyinatlı bitkilərin məhsuldarlığının artırılmasında, əhalinin keyfiyyətli qida məhsulları ilə təmin olunmasında fermerlərə və təsərrüfat sahiblərinə yaxından kömək edəcək.
Qeyd edək ki, Şamaxı Regional Sınaq Laboratoriyası kompleks tədqiqatlar istiqamətində fəaliyyət göstərir. Laboratoriya müasir tələblərə cavab verən yüksək həssaslığa malik müxtəlif növ xromatoqraflar, spektrometrlər, analizator və digər cihaz və avadanlıqlarla təchiz olunub. Laboratoriyada sınaqlar təlim keçmiş personal tərəfindən milli və beynəlxalq standartların tələbinə uyğun olaraq həyata keçirilir.
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş