AQTİ növbəti laboratoriyalararası səriştəlilik sınağının nəticələrini açıqlayıb
11 Oktyabr 2024 16:54

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün səriştəlilik sınaqlarını davam etdirir.
Bu çərçivədə İnstitutun həyata keçirdiyi növbəti, su nümunəsində ümumi codluq, xloridlər, konduktivlik və pH-ın təyini müayinəsi üzrə səriştəlilik sınağının nəticələri məlum olub. Səriştəlilik sınağına qatılan 10 laboratoriya tərəfindən İnstituta təqdim edilən nəticələrə dair hesabat AQTİ-nin saytında (afsi.gov.az) yaradılan “Səriştəlilik sınaqları” adlı bölmədəki “Hesabatlar”da yerləşdirilib. Nəticələr konfidensiallığın qorunması məqsədilə individual laboratoriya nömrələri ilə açıqlanıb. İştirakçılar sayta daxil olaraq nəticələrlə tanış ola bilərlər.
Qeyd edək ki, səriştəlilik sınaqları sınaq laboratoriyalarının müayinə nəticələrinin düzgünlüyünün və etibarlılığının təmin olunması, həmçinin sınaq nəticələrinin keyfiyyətinin və personalın səriştəliliyinin artırılması məqsədilə təşkil edilir. Sınaqlar beynəlxalq ISO 17043 “Səriştəlilik sınaqlarına dair ümumi tələblər” standartına uyğun keçirilir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən laboratoriyaların sınaq nəticələri səriştəlilik sınaqları “Qida təhlükəsizliyi haqqında” Qanunun tələblərinə uyğun olaraq keçirildikdə tanınır və etibarlı hesab edilir.
Oxşar xəbərlər

Qida zəhərlənməsindən qorunmaq üçün əməl edilməsi vacib qaydalar
Qida zəhərlənmələrinə daha çox isti havalarda, yaz-yay aylarında təsadüf edilir. Zəhərlənmələrə mikroorqanizmlər, onların toksinləri və ya kimyəvi maddələrlə çirklənmiş qida qəbulu səbəb ola bilər. Son illərin statistik təhlilinə əsasən, ölkəmizdə qida zəhərlənmələrinin 75 %-i məişət zəminində baş verir. Qida zəhərlənmələrindən qorunmaq üçün aşağıdakı tövsiyələrə əməl etmək lazımdır: - Əllər yemək hazırlamazdan öncə, balıq, ət və quş əti kimi çiy qidalarla təmasdan sonra yaxşı yuyulmalı; - Mətbəx dəzgahı təmiz saxlanmalı, xüsusilə çiy ət, quş əti, balıq, çiy yumurta və tərəvəzlə təmasdan sonra yaxşı təmizlənməli; - Çiy istehlak edilən (limon, pomidor, meyvələr və s.) və çiy istehlak edilməyən (ət, kartof və s.) qidalar üçün fərqli doğrama lövhələrindən və bıçaqlardan istifadə edilməli; - Yeməkləri, xüsusilə ət yeməklərini bişirərkən tam bişdiyindən əmin olmalı; - Çiy ət, toyuq, balıq, yumurta və digər çiy istehlak edilməyən qidaların bişmiş qidalarla təmasına yol verməməli; - Dondurulmuş qidaları donunun açılması üçün otaq tempuraturunda deyil, soyuducunun alt bölməsində saxlamalı; - İstifadə müddəti keçməsə belə, xarabolma əlamətləri olan qidaları istehlak etməməli; - Yeməkləri, salatları, xüsusilə kremli şirniyyatları 2 saatdan artıq soyuducudan kənarda saxlamamalı; - Botulizm riskini nəzərə alaraq, ev şəraitində turşu hazırlayarkən məhsulların çox yaxşı yuyulması və sterilizasiyasına xüsusi diqqət yetirməli; - Tanımadığınız göbələyi yığmamalı və istehlak etməməli; - Qidaları onların xüsusiyyətlərindən asılı olaraq düzgün rejimdə saxlamalı; - Yeməyi bişirdikdən sonra yalnız bir dəfə qızdırmalı və ya dondurmalı.

”1003 – Çağrı Mərkəzi” ilə “Alo174” qida xətti arasında təcrübə mübadiləsi baş tutub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “1003 – Çağrı Mərkəzi” ilə Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin “Alo174” qida xətti arasında təcrübə mübadiləsi baş tutub. Bu əməkdaşlıq çərçivəsində tərəflər vətəndaş müraciətlərinin qəbul edilməsi, onların operativ cavablandırılması və nəticələrlə bağlı məlumatların çatdırılması sahəsindəki təcrübələrini bölüşüblər. “1003 – Çağrı Mərkəzi”nin əməkdaşı “Alo174” qida xəttində vətəndaş müraciətlərinin dinlənilməsi, cavablandırılması və aidiyyatı orqanlara çatdırılması mərhələlərini izləyib. Mübadilə çərçivəsində qurum əməkdaşlarına “1003-Çağrı Mərkəzi”nin fəaliyyəti barədə ətraflı məlumat verilib. Vurğulanıb ki, “Çağrı Mərkəzi” vətəndaşların qida təhlükəsizliyi ilə bağlı müraciətlərini qəbul edən və operativ cavablandıran xidmətdir.

Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Nəzarət tədbirləri çərçivəsində 2025-ci il 14-18 aprel tarixlərində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron, Ağdaş, İmişli, Tovuz rayonlarında fəaliyyət göstərən 9 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb. Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır: