“Aras Agro” MMC-nin anbarında və satış mağazasında istifadəyə yararsız pestisid və aqrokimyəvi maddələr aşkarlanıb
4 Aprel 2025 17:56
“Aras Agro” MMC-nin Xaçmaz rayonu, Yalama kəndində yerləşən pestisid və aqrokimyəvi maddələrin saxlanc anbarında, həmçinin Xaçmaz-Xudat yolunda yerləşən satış mağazasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları yoxlama keçirib.
Baxış zamanı anbarda və satış mağazasında istifadəyə yararsız pestisid və aqrokimyəvi maddələr aşkarlanıb. Bununla yanaşı, yoxlama zamanı pestisid və aqrokimyəvi maddələrin saxlanc anbarının sanitariya-gigiyena və təhlükəsizlik tələblərinə cavab vermədiyi müəyyən olunub.
Faktla bağlı istifadəyə yararsız preparatlar satışdan kənarlaşdırılıb, həmçinin şirkətə məxsus pestisid və aqrokimyəvi maddələrin saxlanc anbarının fəaliyyətinə nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudiyyət tətbiq olunub.
Uyğunsuzluq aşkarlanan məhsullar aşağıdakılardır:
|
№ |
Məhsulun əmtəə nişanı |
Məhsulların ümumi çəkisi |
Aşkar olunan uyğunsuzluq |
|
Anbarda aşkarlanan istifadəyə yararsız pestisid və aqrokimyəvi maddələr |
|||
|
1 |
“Unilax M 45” |
4660 kq |
Dövlət qeydiyyatından keçməyib |
|
2 |
“Umut Leonardit” |
||
|
3 |
“BorZinc (Alessa)” |
||
|
4 |
“AminEx Plus” |
4680 litr |
|
|
5 |
“Maxxcropp” |
||
|
6 |
“Nospider 600 SC” (Cyhexatin) |
14 litr |
Dövlət qeydiyyatından keçməyib və yararlılıq müddəti bitib |
|
7 |
“Sunset Harvest 25 WP” (Tebuconazole) |
2700 kq |
Yararlılıq müddəti bitib |
|
8 |
“Dasafer” (Fe) |
||
|
9 |
“Qualy 300 EC” (Cyprodinil) |
12 litr |
|
|
Satış mağazasında aşkarlanan istifadəyə yararsız pestisid və aqrokimyəvi maddələr |
|||
|
1 |
“Lannate 90” |
299 kq |
Dövlət qeydiyyatından keçməyib |
|
2 |
“Dasafer” |
||
|
3 |
“Sunthiram” |
||
|
4 |
“Foliar 20-20-20+TE” |
||
|
5 |
“Unilax M 45” |
||
|
6 |
“İmidagold” |
909 litr |
|
|
7 |
“Talete” |
||
|
8 |
“Root Star” |
||
|
9 |
“Lusen SC 500” |
||
|
10 |
“Kitinaz 48 SC”, |
||
|
11 |
“AminEx Plus” |
||
|
12 |
“Maxxcropp” |
||
|
13 |
“Dasafer” |
85 kq |
Dövlət qeydiyyatından keçməyib və yararlılıq müddəti bitib |
|
14 |
“Baufert 16-8-24+TE”, |
575 kq |
Yararlılıq müddəti bitib |
|
15 |
“Amino Gold” |
163 litr |
|
|
16 |
“Foxdor”, |
||
|
17 |
“Dynam”, |
||
|
18 |
“Humix”, |
||
|
19 |
“Puluron”, |
||
|
20 |
“Relivit” |
||
|
21 |
“Terason” |
||
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş