Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” təşəbbüsünə qoşulub - VİDEO
1 Dekabr 2025 16:13
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında Məşvərət Şurası “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” kampaniyasını davam etdirir.
Bu dəfə yayımlanan videoçarxda Şuranın üzvü, Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov fındıq istehsalında təhlükəsizliyin və keyfiyyətin təmin edilməsinin vacibliyindən danışır.
O vurğulayır ki, fındığın düzgün emalı və izlənilə bilən istehsal zənciri həm istehlakçı sağlamlığının qorunması, həm də ölkəmizin beynəlxalq bazarlarda etibarlı tərəfdaş imicinin möhkəmlənməsi üçün vacibdir.
Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir! Gəlin, təhlükəsiz qida ilə sağlam gələcəyə birlikdə addımlayaq!
Oxşar xəbərlər
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər - VİDEO
Baytarlıq müayinəsindən keçməmiş, xəstə və ya xəstəlik şübhəsi olan heyvanların kəsilərək ətinin istehlaka təqdim edilməsi insan sağlamlığı üçün ciddi risklər yaradır. Belə heyvanlardan insanlara bruselyoz, qarayara, vərəm və digər zoonoz xəstəliklər keçə bilər.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş