Azərbaycan ilk dəfə Kodeks Alimentarius Komissiyasının İcra Komitəsinin sessiyasında iştirak edir
7 Noyabr 2025 15:46
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyəti sədrinin müavini Ramazan Nəbiyev 3–7 noyabr 2025-ci il tarixlərində keçirilən Kodeks Alimentarius Komissiyasının İcra Komitəsinin 89-cu sessiyasında iştirak edir.
Sessiya Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Roma şəhərində yerləşən Baş Qərargahında təşkil olunub. AQTİ nümayəndəsi Ramazan Nəbiyev sözügedən sessiyada Avropa regionu üzrə məsləhətçi qismində təmsil olunur.
Kodeks Alimentarius Komissiyası qida təhlükəsizliyi və qida məhsullarının beynəlxalq ticarətinin tənzimlənməsi baxımından mühüm əhəmiyyət kəsb edən, beynəlxalq səviyyədə qəbul olunmuş təlimatlar, ümumi prinsiplər, eləcə də ümumi və xüsusi standartlar hazırlayan beynəlxalq tənzimləyici qurumdur. Azərbaycan 2011-ci ildən etibarən Komissiyanın 189 üzvü sırasına daxildir.
Azərbaycan nümayəndəsinin bu mötəbər tədbirdə Avropa regionu üzrə məsləhətçi statusunda təmsil olunması ölkəmizin qida təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlığının genişlənməsinin və bu istiqamətdə həyata keçirilən uğurlu fəaliyyətin növbəti göstəricisidir.
Oxşar xəbərlər
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər - VİDEO
Baytarlıq müayinəsindən keçməmiş, xəstə və ya xəstəlik şübhəsi olan heyvanların kəsilərək ətinin istehlaka təqdim edilməsi insan sağlamlığı üçün ciddi risklər yaradır. Belə heyvanlardan insanlara bruselyoz, qarayara, vərəm və digər zoonoz xəstəliklər keçə bilər.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş