"Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı"nın monitorinq və qiymətləndirilməsinə dair MƏTBUAT KONFRANSI
10 İyul 2020 10:15
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 2019-cu ildə icra nəticələrinə dair monitorinq və qiymətləndirmə hesabatı hazırlayıb. Hesabatın nəticələrinin açıqlanması məqsədilə İİTKM və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) birgə onlayn mətbuat konfransı keçirəcək. Konfrans 13 iyul saat 12:00-da Microsoft Teams tətbiqi vasitəsilə həyata keçiriləcəkdir.
Mətbuat üçün iştirak linki : https://bit.ly/3iFJ7Iv
Oxşar xəbərlər
İstifadəyə yararsız bitki mühafizə vasitələri aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonunun Güloğlular kəndində fəaliyyət göstərən, Əliyev İmaməddin Məhərrəm oğluna məxsus bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satışı mağazasında yoxlama keçirib. Baxış zamanı mağazada yararlılıq müddəti bitmiş bitki mühafizə vasitələrinin satışa çıxarıldığı və preparatların qeydiyyatının aparılmadığı müəyyən edilib. Bundan əlavə, sanitar-gigiyenik və sanitar-texniki qaydaların pozulduğu aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib.
Bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsinə dair Tədbirlər Planı təsdiq edilib
Bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsi ilə bağlı idarəetmənin təkmilləşdirilməsi, təhlükəsizlik tələblərinə riayət olunmasının gücləndirilməsi və maarifləndirmənin genişləndirilməsi məqsədilə Nazirlər Kabinetinin 2025-ci il 8 dekabr tarixli, 760s nömrəli Sərəncamı ilə “Bitki mühafizə vasitələrindən və aqrokimyəvi maddələrdən istifadənin effektiv tənzimlənməsi üzrə Tədbirlər Planı” təsdiq olunub. Tədbirlər Planında bir neçə fəaliyyət istiqaməti nəzərdə tutulub. Belə ki, çirklənməyə məruz qalmış torpaqların müəyyən edilməsi, qiymətləndirilməsi və yaxşılaşdırılması üzrə tədbirlər davam etdirilərək vaxtı keçmiş və istifadəyə yararsız pestisid və aqrokimyəvi maddələrlə çirklənmiş ərazilərin diaqnostikası və bərpası həyata keçiriləcək. Bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin dövriyyəsinə nəzarət mexanizmi təkmilləşdiriləcək və proseslərin elektronlaşdırılması təmin ediləcək. Pestisid və aqrokimyəvi maddələrin təhlükəsizlik göstəricilərinin təhlili imkanlarının artırılması məqsədilə mövcud laboratoriya infrastrukturu genişləndiriləcək. Fermerlər üçün təhlükəsiz, səmərəli və məsuliyyətli tətbiq prinsiplərinin formalaşdırılması və yayılması dəstəklənəcək, eləcə də ictimaiyyətin, təsərrüfat subyektlərinin və istifadəçilərin bu sahədə məlumatlılığının artırılması əsas prioritet kimi müəyyən edilib. Tədbirlər Planının icrası kənd təsərrüfatı məhsullarının təhlükəsizliyinin artırılmasına, ətraf mühitin qorunmasına və istehlakçıların maraqlarının müdafiəsinə yönəlib. Qida Təhlükəsizliyi Agentliyi bu məqsədlərə nail olmaq üçün fəaliyyətini davam etdirəcək.
Bitki və bitkiçilik məhsullarına fitosanitar sertifikatının verilməsi qaydasında dəyişiklik edilib
Nazirlər Kabinetinin 2025-ci il 4 dekabr tarixli 373 nömrəli Qərarı ilə bir sıra qaydalar təsdiq olunub. Qərarda bitki və bitkiçilik məhsullarının Azərbaycan Respublikasının bir ərazisindən başqa əraziyə daşınan zaman daxili karantin sertifikatının verilməsi qaydası müəyyənləşib. Habelə ixrac (təkrar ixrac) edilən bitki və bitkiçilik məhsullarına (yüklərə) fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatının verilməsi qaydası müəyyən edilib. Tələb olunan sənədlər, ixrac ediləcək yükün daşınması üçün istifadə edilən taxta qablaşdırma materiallarına qoyulan tələblər, daxili karantin və fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatının verilməsindən imtina halları, daxili karantin və fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatının nümunəvi formaları Qərarda göstərilib. Qərar fitosanitar nəzarəti sahəsində sabitliyin təmin olunması, zərərli orqanizmlərin ölkə daxilində daha geniş ərazidə yayılmasının qarşısının alınması, mübarizə işlərinin operativ və effektiv təşkili, bitki və bitkiçilik məhsullarının beynəlxalq ticarəti zamanı idxalçı ölkələrin fitosanitar idxal tələblərinə uyğunluğunun təsdiqinin təmin olunmasına şərait yaradacaq.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş