“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında qida təhlükəsizliyi və heyvan sağlamlığı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb
3 Fevral 2022 16:51
Fevralın 3-də Azərbaycan Respublikası Hökuməti və Macarıstan Hökuməti arasında keçirilən iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 8-ci iclası çərçivəsində ikitərəfli əməkdaşlığa dair sənədlər imzalanıb.
İki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən iclasda Azərbaycanla Macarıstan arasında əlaqələrin ildən-ilə inkişaf etdiyi və dövlət başçıları tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin əməkdaşlığın dərinləşməsində xüsusi rolu vurğulanıb. Tədbirdə Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın fəaliyyətinin əməkdaşlıq əlaqələrinin genişlənməsində əhəmiyyəti qeyd edilib.
Daha sonra ikitərəfli əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto tərəfindən “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında qida təhlükəsizliyi və heyvan sağlamlığı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.
Qida təhlükəsizliyi sahəsində imzalanmış memorandum çərçivəsində qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyi və heyvan sağlamlığının təmin edilməsi, idxal və ixrac olunan məhsullara verilən sertifikatların qarşılıqlı tanınması, elektron informasiya mübadiləsinin genişləndirilməsi, heyvan sağlamlığı üzrə monitorinq və hesabat sisteminin Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tövsiyələrinə uyğun təkmilləşdirilməsi, risk əsaslı planlaşdırma və nəzarət sistemləri, risk qiymətləndirilməsi metodlarının tətbiqi kimi müxtəlif sahələrdə tərəflər arasında əməkdaşlıq genişlənəcəkdir. Memorandumda, həmçinin baytarlıq nəzarətində olan yüklərin təhlükəsizliyi və qida məhsullarının insan istehlakı üçün yararlılığına dair müvafiq sertifikatların verilməsi, zoonoz xəstəliklərin laborator diaqnostikası və risk təhlili üzrə təcrübələrin təşviqi, hər iki tərəf üçün maraqlı olan birgə tədqiqat layihələrinin həyata keçirilməsi öz əksini tapıb.
Azərbaycan Respublikası və Macarıstan arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi iki ölkə arasında idxal-ixrac prosedurlarının sadələşdirilməsinə, qida və kənd təsərrüfatı məhsulları üzrə ticarət dövriyyəsinin atırılmasına mühüm töhfə verəcəkdir.
Oxşar xəbərlər
AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb. Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.
Cüdo üzrə Dünya Çempionatında qida təhlükəsizliyinə ciddi nəzarət edilir-VİDEO
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəmizdə keçirilən bütün beynəlxalq və kütləvi tədbirlərdə olduğu kimi, Cüdo üzrə Dünya Çempionatı zamanı da qida təhlükəsizliyinin təmin olunmasına ciddi nəzarət edir. Çempionat çərçivəsində AQTA-nın 17 əməkdaşı yarışın keçirildiyi ərazidə və iştirakçıların yerləşdiyi otellərdə qida məhsullarının saxlanılması, hazırlanması və təqdim olunması proseslərini, eləcə də sanitar-gigiyenik tələblərə riayət edilməsini nəzarətdə saxlayır.
“Həbibli-1” MMC-yə məxsus bazarda yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, “Həbibli-1” MMC-yə məxsus bazarda yoxlama keçirilib. Bazarda sanitariya norma və qaydalarının, eləcə də texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Baxış zamanı ət, süd və balıq məhsullarının temperatur rejiminə əməl edilmədiyi, müşayiətedici sənədləri və mənşəyi məlum olmayan məhsulların satışa çıxarıldığı, məhsulların saxlanılması üçün xüsusi soyuducuların təmin edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı və digər ciddi nöqsanlar aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş