Azərbaycandan İsrailə bitkiçilik məhsullarının ixracı ilə bağlı məsələlər müzakirə olunub
5 Noyabr 2025 11:41
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə İsrail Kənd Təsərrüfatı və Ərzaq Təhlükəsizliyi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bitki Mühafizəsi və Təftiş Xidmətinin nümayəndələri arasında onlayn formatda görüş keçirilib.
Görüşdə Azərbaycandan İsrailə pomidor məhsulunun ixracı üçün icazənin əldə olunması müsbət qiymətləndirilib. Bununla yanaşı, ölkəmizdən İsrailə digər bitkiçilik məhsullarının ixracı üçün zəruri icazələrin alınması üzrə görülən işlərlə bağlı müzakirələr aparılıb.
Bundan əlavə, ölkəmizdə bitki zərərvericilərinə qarşı həyata keçirilən mübarizə tədbirləri barədə İsrail tərəfinə ətraflı məlumat verilib.
Görüş zamanı həmçinin, bitki sağlamlığı sahəsində əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi perspektivləri ətrafında səmərəli fikir mübadiləsi aparılıb.
Sonda qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Oxşar xəbərlər
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər - VİDEO
Baytarlıq müayinəsindən keçməmiş, xəstə və ya xəstəlik şübhəsi olan heyvanların kəsilərək ətinin istehlaka təqdim edilməsi insan sağlamlığı üçün ciddi risklər yaradır. Belə heyvanlardan insanlara bruselyoz, qarayara, vərəm və digər zoonoz xəstəliklər keçə bilər.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş